115
2. Meyvəli və çeşməli bağlara malik olmaq;
3. Qızıl evə malik olmaq.
Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun
peyğəmbərliyinin həqqaniyyətini
sübuta yetirəcək amil hesab
etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə
yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmərik.
Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur.
Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək
amil deyildir. O ki qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar
fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri nemət isə ilahi
hikmət və elmdir. Onların gördükləri
bütün işlər və söylədikləri
bütün sözlər dərin hikmətə əsaslanır.
Bəziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə
edildiyi
üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab
etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz, bunu [ilahi]
möcüzə hesab etməli və peyğəmbərlərin
həqqaniyyətini sübuta
yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi
tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-adi yolla
var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil
kimi
hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar
belə güman edirdilər ki, peyğəmbər
adi yolla var-dövlət sahibi
olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.
Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:
«Onlar dedilər: Məgər bu Quran iki şəhərdən [Məkkə və Taifdən] olan
böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məsuda]
nazil edilməli deyildimi?»
Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri
Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.
Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin
(s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir.
Onlar Peyğəmbərdən (s), başqa bir möcüzə istəmirdilər. Əgər onlar,
Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və
bunu onun peyğəmbərliyinin həqqaniyyətinə
dəlalət edən amil
kimi qəbul etmək istədikləri təqdirdə, belə bir uzun və zəncirvari
şərtlər
heç
bir
məna-məfhum
kəsb
etməzdi.
Çünki,
116
peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım
üzümün və ya bir misqal qızılın möcüzə
olaraq gətirilməsi kifayət
edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin
həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və
belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir
ehtiyac duyulmazdı.
O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün
istəmirdilər. Onların
niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən
çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz
imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik
olsun.
Dostları ilə paylaş: