«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53). «Onlara bir ayə gəldiyi zaman: «Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik!» – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar.» (Ənam-124).
110
«[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir möcüzə gətirsin!» (Ənbiya- 5). «Dərgahımızdan müşriklərə haqq [Quran və peyğəmbər] gəldikdə onlar: «Musaya verilən [möcüzələri] nə üçün eynilə ona da verilmədi?» – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: «İki sehr [tövrat və Quran] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və Məhəmməd bir- birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Quranı, Musanı və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48). 3. MÖCÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL OLMUŞ AYƏLƏR «Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.» (Nəhl-26). «Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.» (Zümər-25).