144
YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN
MÜTƏVATİRSİZLİK
QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA
DƏLALƏT EDƏN DƏLİLLƏR
Bir qədər əvvəl qeyd etdik ki, Quran hər bir müsəlman
tərəfindən mütəvatir olaraq qəbul edilir. Bu müqəddəs kitabın
qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və
onun mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta
yetirilmişdir.
1. Qiraət ravilərinin şərhi-halını nəzərdən
keçirdikdən sonra bir
daha bəlli olur ki, qiraətlər mütəvatir şəkildə deyil, vahid xəbər
formasında nəql olunmuşdur. Belə olduqda onlardan bəzilərinin
doğru və mötəbər olması bizim üçün müəmmalı qalır.
Demək biz,
qiraətlərin mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç
bir söz deyə bilmərik.
2. Qiraət ustalarının qiraəti harada və necə öyrənmələri bir daha
qiraətin onların özlərinə mütəvatir olaraq deyil, vahid xəbər
formasında nəql olunuduğunu sübuta yetirir.
3. Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə
mütəvatir olduğunu və nəql etdikləri rəvayətlərdə yalana yol
vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd
silsiləsi mütəvatirlik baxımından öz etibarını itirəcək və vahid xəbər
formasında bəyan ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız
bir qari tərtib edərək özünəməxsus üsulla qiraət etmişdir.
4. Hər bir qari və onun ardıcılları yalnız
öz qiraət üsulunun
düzgünlüyünə istinad edərək, həmən dəlillərlə digər qiraət
üsullarına qarşı çıxır. Buradan belə məlum olur ki, hər bir qiraət
üsulu qarilərin şəxsi rəy və nəzərlərindən irəli gəlmişdir. Çünki,
əgər onların hər biri Peyğəmbərdən (s)
mütəvatir olaraq nəql
olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac
duyulmazdı.
145
5. Bəzi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına
qarşı çıxaraq onları inkar etmələri, qiraət üsullarının bütünlüklə
mütəvatir olmamasını sübuta yetirir. Çünki, əgər qiraət mütəvatir
olaraq
nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar
olunması qeyri-mümkün olardı. Belə ki, İbni Cərir Təbəri, İbni
Amirin qiraətini bütünlüklə və digər qarilərin qiraətini isə qismən
inkar və tənqid edir. Qiraət ustaları Həmzənin,
Əbu Əmrin, İbni
Kəsirin qiraətlərini də qeyri-mötəbər hesab edərək onları qətiyyətlə
rədd etmişlər. Alimlərdən bir çoxu kökü ərəb dili ilə əlaqəli
olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Quranı
tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar.
Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq
ki, onun qiraəti Hənbəli məzhəbinin banisi Əhməd ibni Hənbəl,
Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və İbni Dərid
tərəfindən qətiyyətlə rədd edilmişdir.
Zərkeşi,
qiraətlərin
ictihad
yolu
ilə
formalaşmamasına
əsaslanaraq deyir: “Zəməxşəri və onun kimi bir çoxları, qiraətlərin
ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri
tərəfindən tərtib
olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.”
Sonra onların nəzəriyyələrini rədd etmək məqsədilə Həmzənin
qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq «Vəl ərham»
kəlməsində həmzəni kəsrə ilə, yəni «irham» kimi tələffüz etmişdir.
Yəqub və Həzrəmi onun «Və maəntum bimusriki» ayəsini kəsrə ilə
oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr də yol
vermişdir. «Yəğfirkum» kəlməsində (ra) hərfini (lam) ilə idğam
etməsi onun ən böyük səhvlərindən biridir.
Dostları ilə paylaş: