MüƏLLİFDƏN


YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə101/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   97   98   99   100   101   102   103   104   ...   182
EL-BEYAN 1 Cİ CİLD

YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-
AYRI ŞEYLƏRDİR 
Bəzən belə təsəvvür olunur ki, Quranın nazil olduğu «yeddi 
hərf» və «yeddi oxunuş» üslubu yeddi qiraət növü ilə eyni şeydir. 
Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün «yeddi 
hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz 
müddəalarının dəlili kimi göstərməyə çalışmışlar. 
Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan 
səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik. 
1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql 
olunmuş rəvayətləri əsla qəbul etmirik; 
2. Bu rəvayətlərin mötəbərliyinə istinad etsək də belə, «yeddi 
hərf» və «yeddi oxunuş» üslubunu yeddi qiraət növü ilə 


154 
əlaqələndirməməliyik. Çünki, bu mövzu ətrafında təhqiqat və 
araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına 
dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə 
söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr 
Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə 
Bağdad qiyamına qədər mötəbər sayılan yeddi qiraət üsulu digər 
qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam 
şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. 
Onlar aşağıdakılardan ibarətdir: Nafe, Abdulla ibni Kəsir, Əbu Əmr 
Əla, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai. 
Bəziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət 
növü arasında heç bir fərq yoxdur. Lakin bu, heç də belə deyildir... 
Alimlərin bəziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət 
üsulunu mötəbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar 
deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç 
bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda 
səhvə düçar olurlar. 
Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: 
Yeddi qiraət üsullarını mötəbər hesab edən şəxslər, camaatı 
anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər 
məlumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə 
çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman 
edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın 
meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, 
çox gözəl olardı... 
Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab 
«Şafi» kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər 
qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz. 
Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı 
kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların 
qiraətlərinə işarə etmiş və onları «Kitabus-səbə» (Yeddi kitab) 
adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət 
üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.» 
Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bəziləri öz 
kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan 


155 
bəzilərini elmi baxımdan yeddi mötəbər qaridən daha üstün 
tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Quranın yeddi 
qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə 
istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! 
Ümumiyyətlə bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək 
olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir 
halda bu qiraətləri, yeddi Quran üslubu ilə eyni hesab etmək 
düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, 
Məmunun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər 
yeddinci qari Yəqub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü 
ilində İbni Mücahid, Kəsaini, Yəqub Həzrəminin yerinə təyin edir!!» 
(Tibyan 82-ci səh). 
Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Quran üslubunu 
eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə 
yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər məlumat 
əldə edə bilmədikləri üçün yaranmışdır.»
(Tibyan, səh.61.) 
Qurtəbi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də 
qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir 
irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini 
seçməkdə tamamilə azaddırlar.» 
İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz 
yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da, xəlifə Osmanın dövründə 
yığılmış Quran nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu, 
sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş 
qaydalarıdır.» 
(Təfsir Qurtəbi. 1-ci cild, 46-cı səh). 
İbni Cəzri də Kəsainin Quranın yeddi üslubda nazil olduğunu, 
qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü 
nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz 
özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun 
şahidisiniz. Çünki, kifayət qədər məlumat əldə etmiş şəxslər yeddi, 
on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib 
məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin 
birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, 
sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi 


156 
mötəbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca 
çox olmuşlar. 
Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş 
ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüz illiyinə 
qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüz 
illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz 
illik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik 
yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə müqayisədə 
hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. 
Alimlərdən bəziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının 
qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük 
verirdilər. 
Hamının etimadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk 
dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. 
Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu 
qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra 
Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) 
Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, 
Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca 
kitab yazmışdır. 
Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki 
(282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı məlumat 
vermişdir. Onların siyahısında yeddi mötəbər qarinin adlarını da 
görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) 
«Əl-cam» adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda 
ətraflı məlumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd 
ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib 
edərək orada Əbu Cəfər Təbərinin də on mötəbər qaridən biri 
olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa 
ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi 
mötəbər qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri 
haqda da ətraflı məlumat vermişdir. 
Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər 
təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra 
deyir: «Qiraətlərin tarixi haqda ətraflı məlumat verməkdən əsas 


157 
məqsəd, kifayət qədər məlumat əldə etməyən şəxslərə həqiqəti 
bildirməkdir.» 
Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» 
və «yeddi oxunuş» üslubu ilə yeddi mötəbər qiraətlər arasında heç 
bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir 
əqidədir. Bəzi məlumatsız şəxslər belə güman edirlər ki, mötəbər 
hesab olunan qiraətlər yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı 
kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri 
yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və 
«yeddi oxunuş» hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən 
qiraətləri qeyri-mötəbər və əsassız hesab etmişlər. Bir halda ki, 
orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab 
olunmayan bəzi qiraətlər onların bir çoxundan daha mötəbər və 
daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, 
onların «Quran yeddi üslubda nazil olmuşdur» hədisindən 
çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu 
haqda əldə etdikləri bəzi məlumatlardır. Buna əsasən də onlar 
yeddi qiraət üslubu ilə Quranın «yeddi hərf» və «yeddi oxunuş» 
üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox 
keçmiş alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və 
onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid 
atəşinə tutmuşlar. Çünki, məlumatı olmayan bir çox şəxslər 
qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman 
edərək böüyk səhvlərə yol verirlər. 
Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi 
qiraət deyildikdə hədisdə nəzərdə tutulan ifadələr nəzərdə tutulur. 
Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir 
yanlış məlumata bu haqda heç bir məlumatı olmayan cahil insanlar 
əsaslanırlar.» 
(Əl-itqan (Süyuti). 1-ci cild, 138-ci səh). 
Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç 
biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən 
nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql 
olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, 
Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də 
nəql olunmamışdır. 


158 
Demək, mötəbər qiraətlər ya vahid xəbər formasında nəql 
olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana 
gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq: 
1. Bütün qarilərin mötəbər olub-olmaması; 
2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının 
düzgünlüyü. 
Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət 
açacağıq. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin