İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   19   20   21   22   23   24   25   26   ...   93
İSLAMDA-ŞİƏLİK

ON
 
İKİ
 
İMAMÇI
 
ŞİƏLƏR
 

 
ONLARIN
 
ZEYDİYYƏ
 

 
İSMAİLİYYƏ
 
İLƏ
 
OLAN
 
FƏRQLƏRİ
 
Azlıq təşkil edən və adları qeyd olunan firqələrin 
ayrılmasından sonra əksəriyyət təşkil edən şiələr 
“imamiyyə”, yaxud “on iki imamçı şiələr” adlandırıldı. 
Qeyd olunduğu kimi, onlar yarandığı ilk dövrlərdə 
islamın iki əsas məsələsinə etiraz 
və 
tənqidlə 
yanaşmışdılar. Onların Peyğəmbəri-Əkrəmin (s) təlimləri 
və o həzrətin müasirləri olan müsəlmanlar arasında 
mövcud olan dini əqidələr barəsində heç bir etirazları yox 
idi; amma onlar iki mühüm məsələni - “islami hökuməti” 


85 
və “elmi mərcəiyyət”i Əhli-beytin (ə) qanuni haqqı hesab 
edirdilər. 
Şiələr deyirdilər: 
İslami xilafət Əli (ə) və onun övladlarına məxsusdur. 
Əlbəttə, batini vilayət və mənəvi rəhbərlik bunun 
ayrılmaz hissəsidir. Belə ki, Peyğəmbəri-Əkrəmin (s) 
özünün və sair Əhli-beyt imamlarının aşkar şəkildə 
buyurduğuna əsasən, imamların sayı 12 nəfərdir. Onlar 
deyirdilər ki, şəriət qanunlarından və hökmlərindən 
ibarət olan və eyni halda kamil mənəvi həyata da şamil 
olan Quranın zahiri təlimatları qiyamətə qədər əsalət və 
etibara malikdir; onun heç bir qanunu qüvvədən 
düşməyəcəkdir; bu hökm və qanunları yalnız Əhli-beyt 
(ə)-ın vasitəsilə əldə etmək lazımdır. 
Buradan on iki imamçı şiələrlə zeydiyyə şiələri 
arasında mövcud olan ümumi fərq aydın olur. Əsas fərq 
bundan ibarətdir ki, zeydiyyə şiələri imamətin Əhli-beytə 
məxsus olduğunu qəbul etmir, imamların sayının qəti 
olaraq on iki olunduğuna inanmır və Əhli-beyt fiqhinə 
tabe olmurlar. Amma on iki imamçı şiələr bunların tam 
əksinədir.
On iki imamçı şiələrlə ismailiyyə şiələri arasında da 
ümumi və əsaslı fərqlər mövcuddur; ismaililərin inancına 
görə imamət yeddi rəqəmi üzərində dövr edir, nübüvvət 
həzrət Məhəmmədlə (s) xətm olunmur. Həmçinin, şəriət 
hökmlərində müəyyən dəyişikliklər edilməsi, hətta xüsusi 
şəri təkliflərin özünün ləğv edilməsi belə, batiniyyəçilərin 
nəzərində maneəsizdir! Amma on iki imamçı şiələr həzrət 
Məhəmmədi (s) peyğəmbərlərin sonuncusu hesab edir və 
onun üçün on iki canişin olduğuna inanırlar; şəriətin 


86 
zahirinin mötəbər və dəyişməz olduğuna əqidə bəsləyir, 
Qurani-Kərimin həm zahiri, həm də batini mənalara 
malik olduğunu təsdiq edirlər. 
* * * 
Son iki əsrdə on iki imamçı şiələrin arasında şeyxiyyə 
və kərimxaniyyə cərəyanları da yaranmışdır. Onların 
başqaları ilə olan ixtilafı məsələlərin əslinin isbat və ya 
inkar olunmasında deyil, bir sıra nəzəri məsələlərdədir
buna görə də onları şiələrdən ayrılan xüsusi bir firqə 
hesab etmirik. 
Həmçinin “ğülat” adlandırılan və on iki imamçı 
şiələrdən ayrılan, batiniyyə və ismailiyyə şiəsi kimi yalnız 
batinə inanan və buna görə də düzgün bir məntiqi 
olmayan Əliyyullah firqəsini də müstəqil cərəyan hesab 
etmirik. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin