87
səlahiyyətlərini tamamilə əldən vermişdilər. Lakin zülm
və təzyiqlər nə qədər artırdısa, onlar öz əqidələrində bir o
qədər möhkəmlənir, öz məzlumiyyətlərindən əqidələrinin
inkişafı istiqamətində faydalanırdılar.
Abbasilər sülaləsi
hakimiyyəti ələ keçirdiyi vaxtdan, yəni ikinci əsrin
ortalarından etibarən şiələr İranda yaranmış nisbi azadlıq
şəraitində rahat və sərbəst yaşamağa başladılar;
lakin az
bir müddətdən sonra təzyiqlər yenidən artmağa başladı
və bu vəziyyət üçüncü hicri əsrinin axırlarına qədər
günbəgün şiddətləndi.
Əslən şiə olan Ali-bəveyh tayfasının nüfuzlu sultanları
hakimiyyətə gəldiyi dördüncü əsrin əvvəllərində şiələr
müəyyən qədər qüdrət və azadlıq
əldə etdilər; onlar
yaranmış fürsətdən istifadə edib açıq-aşkar mübarizəyə
başladılar və bu vəziyyət də beşinci əsrin axırlarına qədər
davam etdi. Monqol hücumlarının başlandığı altıncı əsrin
əvvəllərində yaranmış ümumi
çətinliklərə görə və eləcə
də səlib yürüşlərinin davam etməsi nəticəsində islam
hökuməti başçıları şiə aləminə çox da təzyiq göstərə
bilmirdilər; xüsusilə İranda monqol sultanlarının bir
qrupunun
şiəliyi qəbul etməsi, Mazandaranda Mərəşi
seyyidlərinin hakimiyyətdə olması şiə cəmiyyətinin
qüdrətlənib genişlənməsinə münasib şərait yaratdı. İslam
ölkələrinin
hər bir yerində, xüsusilə İranda milyonlarla
şiənin yaşaması hiss olunurdu. Bu vəziyyət doqquzuncu
hicri əsrinin axırlarına qədər davam etdi.
Onuncu hicri
əsrində Səfəvilərin İran kimi böyük bir dövlətdə
hakimiyyətə gəlməsi ilə həmin ölkədə şiə məzhəbinə
rəsmiyyət verildi; bu şərait
bugünkü günə qədər öz