Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
236
Dildə yeni söz uydurmaq
hadisəsinə yol verilməsi
halları az olmamışdır. Uydurulmuş sözlərə ayrı-ayrı dil-
lərdə az da olsa təsadüf edilir. Filoloji ədəbiyyatlarda 5 sö-
zün (
qaz, kodak, neylon, qnom, liliput) süni yolla düzəldildiyi
göstərilir.
Dilin lüğət tərkibinin intensiv şəkildə artıb inkişaf et-
məsində bu qrup sözlərin yox, təbii söz yaradılması vasitə-
silə əmələ gətirilən vahidlərin xüsusi rolu və əhəmiyyəti
vardır. Dildə hər bir yeni söz dilin materialı əsasında, dil-
dəki mövcud sözlərin nümunəsində yaradılır. Məlumdur
ki, yeni sözlər dildəki sözlərlə əlaqədə yaradılmasa, dili
mənimsəmək dəfələrlə çətinləşər, eyni zamanda, belə bir
proses dilin inkişafına mane ola bilərdi.
Dildə sözlər müxtəlif şəkildə yaranır. Məsələn: bəzi
yeni söz köhnə sözün mənasının inkişafı əsasında təşəkkül
tapır ki, bunun da nəticəsində bir sözdən iki söz (omonim)
yaranmış olur. Yaxud, mövcud sözə bu və ya başqa leksik
şəkilçinin artırılması və iki leksemin yanaşdırılması və sair
formalarla söz yarandığı müşahidə edilir. Sözlərin əmələ
gətirilməsində müşahidə olunan cəhətlərə uyğun olaraq
dilçiliyin şöbəsi konkret bu və ya digər dilin söz yaradıcı-
lığı yollarını müəyyənləşdirir. Dildə başlıca olaraq
4 yolla
söz yaradılır:
a)
semantik yolla;
b) fonetik yolla;
c)
morfoloji yolla;
ç) sintaktik yolla.
Dildəki hər bir yeni sözün taleyi onun ifadə etdiyi an-
layışla bağlı olur. Məsələn,
patefon anlayışına nəzər yetirək.
Bu əşya meydana çıxanda onu adlandırmaq üçün yeni söz
də yaranmışdır. Lakin həmin anlayış köhnələndə “pate-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
237
fon” sözü də dilin passiv lüğətinə keçmişdir. Dillərin deri-
vatoloji sistemi çox mürəkkəb təbiətə malikdir. Buna görə
də derivatologiyanın bir sıra məsələləri hələ də mübahisə-
lidir. Bu şöbəyə aid aktual problemlərin işıqlandırılması
və mükəmməl linqvistik nəzəriyyə yaradılması
dilçiliyin
qarşısında duran mühüm vəzifələrdəndir.
Dostları ilə paylaş: