MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
371
1.İspan dil qrupu (ispan, ladino və ya sefard dilləri);
2.Digər Hind-Avropa dilləri (german, roman, slavyan, hind-ari və baltik
dilləri);
3. Asiya və Sakit ada dillər qrupu (Çin, Koreya, yapon, tamil, taqaloq və
s. dillər);
4. Digər dillər qrupu (macar, ərəb, ivrit, Afrika dilləri, doğma Şimali
Amerika dilləri, mərkəzi və cənubi Amerikanın aborigen dilləri).
Bütün bunlar Amerika alimlərini və siyasi xadimlərini düşündürməyə
bilməzdi. Çünki etnik, din və dil baxımından çoxmədəniyyətli cəmiyyəti idarə
etmək, onlar arasında dialoq mühiti yaratmaq çətin görünürdü. Lakin Ameri
-
ka XIX əsrin əvvəllərindən başlayaraq etnik-mədəni müxtəlifliyin tənzimlən
-
məsi və onların tanınması məqsədini güdən multikulturalizm siyasəti həyata
keçirməyə başlamışdır. Assimilyasiya və ya “əridən qazan” yanaşması üzərində
qurulan bu siyasətin əsas məqsədi miqrantların öz dəyərlərini, milli kimliklərini,
həyat tərzlərini dəyişərək ev sahibinin mədəniyyətinə tam uyğunlaşmağa məc
-
bur etmək idi.
Aparılan multikulturalizm siyasətinin ölçülməsi məqsədilə bir sıra indek
-
slər mövcuddur. Onlardan biri də əvvəlki fəslin 3-cü yarımfəslində təhlil olunan
“İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (MKS) indeksi”dir.
Bu indeks ABŞ multikulturalizminin ölçülməsi üçün istifadə oluna bilər. Çünki
Amerikada multikultural mühiti, əsasən, immiqrantlar formalaşdırır. Bu baxım
-
dan sözügedən indeksin parametrləri ilə ABŞ hökumətinin apardığı multikultur
-
alizm siyasətini dəyərləndirmək mümkündür.
“İmmiqrant azlıqlar üzrə MKS indeksi” mədəni müxtəlifliyin idarəedilmə
-
si üzrə aşağıdakı siyasi istiqamətləri ehtiva edir:
1.
Multikulturalizmin konstitusional, qanunvericilik və ya parla-
ment tərəfindən mərkəzi, regional və bələdiyyələr səviyyəsində tanınması və bu
siyasətin milli etnik icmalarla məşvərətdə həyata keçirilməsi üçün dövlət na-
zirliyinin, katibliyinin və ya məşvərətçi şuranın mövcudluğu;
Dostları ilə paylaş: