MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
363
gücləndirilməsi, orada yaşayan insanlara bərabər imkanların yaradılması və
ölkənin gələcək taleyini birgə müəyyənləşdirilməsi məqsədilə multikulturalizm
siyasətinin həyata keçirilməsini təmin etdi.
Bu siyasət çərçivəsində Kanada hökuməti aşağıdakı təşəbbüsləri irəli
sürdü:
1. Kanadanı inkişaf etdirməyə, dəyərlərini
paylaşmağa və ona töhfə
verməyə hazır olan etnik-mədəni qruplara kömək etmək;
2. Kanada cəmiyyətinin bütün sahələrində iştirak etmək üçün ölkədə
yaşayan bütün xalqların nümayəndələrinə mədəni baryerləri aşmaqda yardım
göstərmək;
3. Milli vəhdəti təmin etmək üçün Kanadanın bütün etnik-mədəni qrupları
arasında
mədəni mübadiləni təşviq etmək;
4. İştirakçılığın təmin edilməsi məqsədilə Kanadanın rəsmi dillərindən
birinin öyrənilməsində miqrantlara dəstək vermək.
Bu təşəbbüslərdə Kanada hökumətinin məqsədi,
bir tərəfdən etnik-
“Multikulturalizmə abidə”. Heykəltəraş Fransisko Pirelli.
Kanada, Toronto şəhəri.
MULTİKULTURALİZMƏ GİRİŞ
364
mədəni stereotiplərdə kök salmış ayrı-seçkilik meyllərini aradan qaldırmaq,
digər tərəfdən isə multikulturalizmi və ikidilliliyi (1969-cu ildən tətbiq edilməyə
başlayıb) irəli sürməklə simvolik vəhdət yaratmaq və beləliklə də, kanadalıların
ilkin konsepsiyası olan britaniyalılıq (ingilis olmaq) və ya fransalılıqdan
(fransız olmaq) qurtarmaq idi. Kanadalı politoloq Auqie Fleras Kanada
multikulturalizminin 1970-ci illərdən başlanan bu hissəsini etnik mənsubiyyət
multikulturalizmi adlandırır.
Ötən əsrin 80-ci illərindən etibarən Kanadada bərabərlik multikulturalizmi
dövrü başlayır. Multikulturalizmin bu dövrünün əsas xüsusiyyəti etnik-mədəni
qrupların qorunub saxlanması, bərabərliyin təmin edilməsi, irqi ayrı-seçkiliyin
və institusional maneələrin ortadan qaldırılmasına doğru dəyişməsi təşkil
edir. Multikulturalizmin ölkə səviyyəsində əsas siyasət kimi təsbit edilməsinə
yönəlmiş hüquqi sənədlər də elə bu zaman qəbul olunmağa başladı.
1982-ci ildə qəbul olunmuş və 1985-ci ildə qüvvəyə minmiş “Hüquqlar və
Azadlıqlar haqqında” Xartiyanın (bu sənəd Konstitusiya aktı kimi qəbul edilib)
27-ci hissəsində yazılır:
Dostları ilə paylaş: