Mülki müdafiə
144
enerji xəttlərində və bloklarında yanğınlar,
enerjinin kəsilməsi
ilə nəticələnir, elektrik enerjisinin verilişi dayanır, istehsalat
proseslərində istehsalın dayanması
baş verir, dövlətə külli
miqdarda maddi zərər dəyir, yanğın və ya partlayış zamanı
insan təlafatı baş verir.
Neft-qaz mədənlərində qəzalar
. Fövqəladə qəzalar arasında
texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır. Son 10 il
ərzində dünyada belə hadisələrin sayı təkcə neft-qaz
mədənlərində hadisələr 20 mini ötmüşdür. Bunun sonu olaraq
millionlarla ton neft israf olmuş, torpaqlar yayarsız olmuş, hava
yanğınlar üzündən çirklənmişdir (şəkil 39).
Şəkil 39. Neft-qaz mədənində yanğının söndürülməsi
Neft-qaz mədənlərində qəzaların baş vermə səbəbi
avadanlıqların kohnəlməsi, işçilərin işlərinə biganə yanaşması,
Mülki müdafiə
145
təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın
çağdaş normalara uyğun olmaması və bu kimi başqa amillərdir.
Ümumiyyətlə neft-qaz mədənlərində
baş verən qəza və
fəlakətlər ətraf mühit üçün və insan sağlamlığı üçün
təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən
ekologiyanın dağılması baş verə bilər
.
Neft-qaz kəmərlərində qəzalar
. Hazırda
neft və qaz
istehsal müəssisələrinin, geoloji kəşfiyyat təşkilatlarının
istismarında 3748 km boru kəmərləri mövcuddur ki, bunun da
748 km-i magistral kəmərlərdir. Magistral neft məhsullarının
boru ilə daşınması XIX əsrin 70-ci illərinə təsadüf edilir.
Respublikamızda Bakı-Novorossiysk, Bakı-Batumi, Bakı-
Tblisi-Ceyhan, Bakı-Supsa kimi neft-qaz kəmərləri mövcuddur.
Magistral neft-qaz kəmərlərində
baş verən qəzalar və
yanğınların əsas səbəbləri: metal boruların torpağın altında
paslanması,
tikinti-quraşdırma
işlərində
yol
verilmiş
nasazlıqlar, boru avadanlıqlarındakı qüsurlar, boru kəmərlərinin
mexaniki zədələnməsi və s. ola bilər.
Dostları ilə paylaş: