Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə100/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   96   97   98   99   100   101   102   103   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə sistemi.
Bol və keyfiyyətli məhsul alınmasını təmin edən mühüm aqrotexniki 
tədbirlərdən biri də gübrələrin tətbiqidir. 
Gübrələmə sistemi təmin etməlidir:
planlaşdırılmış yüksək keyfiyyətli dən məhsulunun 
alınmasını; torpaq münbitliyinin artırılmasını; ətraf mühitin qorunmasını; bioloji təmiz məhsul 
alınmasını; gübrələrin yüksək effektivliyini.
Gübrələmə sistemi elə nizamlanmalıdır ki, sələf bitkisindən asılı olmayaraq torpaqda qida 
maddələrinin balansı müsbət olsun. Payızlıq buğda hər ton əsas və əlavə məhsulla torpaqdan 25-35 
kq azot, 19-30 kq fosfor və 13-20 kq kalium elementi aparır.
Mineral gübrələrin yüksək səmərəliliyini təmin etmək üçün turş torpaqlı tarlalarda torpaq 
məhlulunun reaksiyasının neytrala (pH-6,0) yaxın olması üçün əhəngləmənin aparılması zəruridir. 
Payızlıq buğda üçün gübrələmə sistemi torpağın əsas becərilməsi zamanı əsas şum altına 
verilməsindən ibarətdir

səpinqabağı – səpinqabağı kultivasiya altına
;
cərgəvi, yaxud səpin zamanı 
cərgələrə - səpinlə birlikdə cərgələrə
;
bitkinin vegetasiyası müddətində yemləmə şəklində
.
Payızlıq buğda altına əsas gübrə kimi peyin, torf, kompost, fosfor və kalium gübrəsi verilir. 
Payızlıq buğda becərilən bütün bölgələr üçün peyin daha qiymətli gübrədir. Payızlıq buğda təmiz 
herikdən sonra yerləşdirilərsə üzvi gübrə payızda şum altına, məşğullu herikdə isə tarlanı məşğul 
edən bitki yaxud bilavasitə payızlıq buğda altına verilir.
Üzvi gübrəni verərkən nəzərə almaq lazımdır ki, 1 ton iri buynuzlu mal-qara peyininin 
tərkibində N- 0,5 kq, P
2
O
5
- 2,5 kq, K
2
O- 0,6 kq – dır (birinci ili müvafiq olaraq 20-30, 25-36 və 50-
60% istifadə olunur). 
Fosfor və kalium gübrələri əsas şum altına 1RMQ-4, MBU-5, KSA-3 maşınları ilə verilir. 
Fosfor gübrəsinin bir hissəsi dənəvərləşdirilmiş superfosfat formasında (hektara 15-25 kq P
2
O
5

taxıl səpən aqreqatla cərgələrə verilir. Əgər torpağın əsas becərilməsi zamanı fosfor və kalium 
gübrələri verilməyibsə, yaxud az miqdarda verilibsə, onda onları səpinqabağı dərinə kultivasiya 
altına vermək olar. 
Payızlıq buğda üçün hektara N
90
P
90
K
60
kq (təsiredici maddə hesabı ilə) yaxşı norma hesab 
oluna bilər. Konkret bölgədə gübrə norması balans üsulu əsasında torpaq və bitki diaqnostikasına 
əsasən hesablanmalıdır. Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas şum altına 


113 
verilməlidir. Payızlıq buğdanın qışadavamlılığını artırmaq üçün səpin zamanı cərgələrə lokal üsulu 
ilə (cərgəyə yaxın müəyyən hüdudda) təsiredici maddə hesabı ilə 20 kq fosfor gübrəsi verilməlidir. 
Cərgəyə verilən hər bir kq fosfor 15-16 kq dən artımı verir. Səpinlə birlikdə cərgələrə 
mikroelementlərdən bor, manqan, sink, molibden və kobaltın verilməsi cücərtilərin qida elementləri 
ilə təmin olunmasına şərait yaradır və onlar tez kök sistemi əmələ gətirərək yaxşı inkişaf edirlər. 
Payızda kollanma fazasında superfosfatla yemləmə verdikdə bitkinin kök sistemi və yarpağı yaxşı 
əmələ gəlir və qışın əlverişsiz şəraitinə daha davamlı olurlar.
Azot gübrəsi hissə-hissə verilməlidir. Payızlıq buğda təmiz herikdən, dənli-paxlalı bitkilərdən, 
çoxillik paxlalı yem otlarından, sonra yerləşdirildikdə payızda azot gübrəsi verilmir, ancaq ondan 
yazda yemləmə şəklində istifadə olunur. Azotun illik normasının 20%-i səpinqabağı torpaq 
becərilərkən kultivasiya altına, 50-60%-i erkən yazda yemləmə gübrəsi kimi, 20-30%-i isə 
boruyaçıxma-sünbülləmə fazasında verilməlidir. Bundan əlavə dəndə zülalın və kleykovinanın 
miqdarını artırmaq və qüvvəli buğda almaq üçün sünbülləmə – dəndolma fazasında kökdənkənar 
yemləmə formasında hektara 25-30 kq təsiredici maddə hesabı ilə karbamid [CO(NH
2
)
2
]
gübrəsi 
verilməlidir.
Azot elementi payızlıq buğda tərəfindən daha çox kollanma və boruya çıxma fazasında 
udulur. Yaxşı inkişaf etmiş və qışlamanı əlverişli şəraitdə keçirmiş əkinlərdə azotun ümumi 
normasının 40-50%-i kollanmanın sonu, boruya çıxmanın başlanğıcında birinci yemləmə kimi 
verilir. Bu müddətdə azotla qidalanma normal olduqda kollanma daha yaxşı olur, sünbül yaxşı 
inkişaf edir və sünbüldə məhsuldar sünbülcüklərin miqdarı çoxalır. Azot elementinə bitki əsasən 
daha çox yazda tələbat göstərdiyindən təminat olduqda inkişaf tez başlayır və məhsuldar gövdələrin 
miqdarı da artır.
Birinci yaz yemləməsində əkinlərdə bitki sıxlığının nəzərə alınması zəruridir. Seyrək 
əkinlərdə (1 m
2
-də 300 ədəd bitki) azotun dozası hektara 10-20 kq artırılır, lakin sıx əkinlərdə (1 
m
2
-də 400 ədəddən artıq bitki) azotun dozası hektara 10-20 kq azaldılır.
İkinci yemləmə boruya çıxma fazasında ümumi normanın 40-50%-i qədər verilir. 
Yemləmə zamanı azot gübrəsinin dozası torpaq, yarpaq və toxuma diaqnostikası nəzərə 
alınmaqla düzəldilir. Yarpaq diaqnostikası kollanma, boruya çıxma və sünbülləmə fazasında həyata 
keçirilir. Kollanma fazasında nümunə kimi tam bitki, sünbülləmə fazasında isə 3 ədəd yuxarıdakı 
yarpaqlar götürülür. Aqrokimyəvi laboratoriyalarda nümunələr analiz (təhlil) edilir, ümumi azotun 
və kaliumun miqdarı müəyyənləşdirilir. 
Yarpaq diaqnostikasında
yemləmə dozası (kq/ha) aşağıdakı 
formula ilə hesablanır. 
burada: N
1
- yemləmə zamanı hesablama dozası, kq/ha; 
N
optim
/N
fakti
– müvafiq olaraq azotun optimal və faktiki miqdarı, %. 
Toxuma diaqnostikası
OAP-1 ekspress-laboratoriyanın köməyi ilə aparılır. Gövdədən şirə 
sıxılır və üzərinə bir damcı 1%-li difenilamin məhlulu əlavə edilir, alınmış rəngli məhlul rəngli 
etalon şkalası ilə müqayisə edilir və yemləmə gübrəsi verilməsinin zəruriliyi və azotun dozası 
müəyyən olunur. 
Payızda azot gübrəsinin 20-25%-ni paxlalı olmayan sələflərdən sonra vermək olar.
Payızlıq buğda fosfor gübrəsini inkişafının ilk 4-5 həftəsində (28-35 gün) şiddətli istifadə edir 
fosfor kök sisteminin inkişafına güclü təsir göstərir. Kökün həcmi və kütləsi artır.
Kalium elementi bitkinin inkişafının ilk dövrlərindən başlayaraq çiçəkləmə fazasına qədər 
bitki orqanizminə daha intensiv daxil olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin