141
olar. Arpa bitkisinin səpini üçün adi, darcərgəli və çarpaz səpinlər aparılır. Ən səmərəlisi darcərgəli
səpin üsuludur. Toxumun basdırılma dərinliyi hava şəraitindən, torpağın nəmliyindən və
qranulometrik tərkibindən asılıdır. Ağır torpaqlarda toxum 4-6 sm, yüngül qumsal torpaqlarda 5-6
sm, lakin quraqlıq ərazilərdə 6-8 sm-ə qədər dərinliyə basdırılır.
Səpin norması torpaq iqlim şəraitindən asılı olaraq dəyişir. Adətən hektara 3,5-4,0 mln. ədəd
cücərən toxum səpilir. Bu da fiziki çəki hesabı ilə 150-170 kq-a bərabərdir. Çox sıx səpinlərdə
bitkilər işıqla yaxşı təmin olmurlar. Onlar sürətlə böyüyərək yerə yatırlar. Seyrək səpinlərdə bitki
sıxlığı az olduğundan məhsuldarlıq aşağı olur.
Əkinlərə qulluq.
Qulluq işləri yazlıq buğdada olduğu kimidir. Yemləmə gübrəsi verilir.
Erkən yazda köndələn malalanır. Alaqlara qarşı mübarizə aparılır. Yaz yemləmə gübrəsi 1 RMQ-4,
RUM-5 və RUM-8 markalı maşınlarla verilir. Azot gübrəsi ilə yemləmə kollanma fazasında-boruya
çıxmanın başlanğıcında həyata keçirilir. Boruyaçıxmanın əvvəlində 2-ci yemləmə aparılır. Aran
bölgələrində 2-3 dəfə suvarma aparılır. Suvarmanın müddəti, norma və üsulları yazlıq buğdada
olduğu kimidir. Hektara 1 kq 2,4-D herbisidi çilənir.
Dostları ilə paylaş: