Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə139/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   135   136   137   138   139   140   141   142   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Vələmir uzun gün və mötədil iqlim bitkisidir, ona görə də şimala 
doğru getdikcə vegetasiya müddəti qısalır. Məhsuldar kollanması buğdaya nisbətən yüksəkdir. 
Yaxşı inkişaf etmiş saçaqlı kök sistemi qida elementlərinin çətin həll olan formalarını mənimsəmək 
qabiliyyətinə malikdir.
Vələmir bitkisi boy və inkişafı prosesində digər dənli taxıl bitkiləri kimi fərdi inkişafın 
(orqanogenez) həmin fazaları və mərhələlərini keçirir. Cücərtilər adətən səpindən 6-8 gün sonra (I - 
II mərhələ) əmələ gəlirlər, ancaq temperatur aşağı olduqda gecikirlər. Kollanma (III mərhələ) 
Şəkil 8. Vələmirin süpürgələri:
1 – örtülü dənli vələmir, 2 – çılpaqdənli vələmir, 
3 – bizans vələmiri, 4 – qumluq vələmiri. 






143 
adətən çıxışlar alındıqdan 10-15 gün sonra qeydə alınır. Boruya çıxma (IV-VII mərhələ) 
kollanmadan 10-15 gün sonra başlayır. Süpürgələmə (VIII mərhələ) boruya çıxmadan 15-20 gün 
sonra, çiçəkləmə (IX mərhələ) süpürgə yarpaq qınından çıxan kimi başlayır. Birinci olaraq 
süpürgənin ən yuxarıdakı və ayrı-ayrı budaqların axırıncı çiçəkləri açılır (çiçəkləyir), sonra 
çiçəklərin açılması budaqların əsası istiqamətində və süpürgənin aşağısında gedir. Sünbülcüklərin 
çiçəkləməsi adətən 2-3 gün, süpürgələrinki isə 7-8 gün intervalında gedir. Çiçəkləmədən sonra qida 
maddələri yumurtalığa axır və dənmeyvə formalaşır (X mərhələ), sonra süd yetişkənlik (XI 
mərhələ), mum və tam yetişkənlik (XII mərhələ) başlayır. İlk əmələ gələn dənlər daha iri, ağır çəkili 
və daha yaxşı toxumluq keyfiyyətinə malik olurlar.
Vegetasiya dövrünün uzunluğu torpaq-iqlim şəraitindən və sortdan asılı olaraq 80-120 gün 
təşkil edir.
Vələmir müqayisəli dərəcədə soyuğa davamlı bitkidir. Toxumları 1-2 
0
C temperaturda 
cücərir. 15-18 
0
C-də kollanır. Cücərtiləri mənfi 8-9 
0
C-də, hətta 11
0
C
şaxtalara dözür. Çiçəkləmə 
dövründə - 1,5-2,0 
0
C şaxtalar bitkini zədələyir. Vələmirin çiçəkləməsi üçün daha əlverişli 
temperatur 18-20 
0
C-dir. Dənə dolma dövründə vələmir -5 
0
C şaxtalara dözür. Byğda və arpaya 
nisbətən vələmir yüksək temperaturu (35-40 
0
C) daha pis keçirir. 38-40 
0
C temperaturda 4-5 saatdan 
sonra ağızcıqlar iflic olmağa başlayır, arpada bu 25-30 saatdan sonra baş verirdi.
Cücərtilər alındıqdan yetişməyə qədər fəal temperatur cəmi tez yetişən sortlar üçün 1000-
1500 
0
C, orta müddətdə yetişənlər üçün 1350-1650 
0
C və gec yetişənlər üçün isə 1500-1800 
0

təşkil edir. 
Yarovizasiya mərhələsini 2-5 
0
C temperaturda 10-12 günə keçirir. 
Vələmir buğda və arpaya nisbətən nəmliyə çox tələbkar bitkidir. Toxumları öz kütləsinin 
60-65% -i qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur. Bu da digər 
bitkilərdən 10-15% artıqdır. Vələmir tez inkişaf edən kök sisteminin sayəsində yaz quraqlığından az 
əziyyət çəkir. Süpürgələməyə 10-15 gün qalmış, generativ orqanlar inkişaf edən zaman nəmliyin 
çatışmaması xüsusən vələmirin məhsuldarlığına kəskin təsir edir və məhsul itkisi daha çox olur. Bu 
dövrdə quraqlıq keçməsi məhsulun kəskin azalmasına gətirib çıxarır. Yayın birinci yarısı yağıntılı 
olduqda vələmir daha çox məhsulu verir. Transpirasiya əmsalı 474-dür. Nəmliyə ən çox tələbi 
borulaşma fazasından süpürgələməyə qədərdir. Çiçəkləmə dövründə yüksək (38-40 
0
C) 
temperaturaya dözmür. Yağıntılar çox düşən nəmli illərdə vələmir məhsuldar olur.
Vələmirin torpağa tələbi az olduğundan qumsal, gilli hətta bataqlaşmış torpaqlarda belə 
inkişaf edir və yaxşı məhsul verir. Ona görə ki, torpağın 120 sm dərinliyinə və 80 sm ətrafa yayılan 
kök sistemi yaxşı inkişaf etmiş və yüksək mənimsəmə qabiliyyətinə malikdir. Bundan əlavə neytral 
və zəif turş reaksiyalı torpaqlarda da yaxşı inkişaf etməsi müşahidə edilir. Vələmirin kök sistemi 
torpaqdakı çətin həll olan fosfatları asan mənimsəyir. Şoran torpaqlar vələmir əkinləri üçün az 
yararlıdır. Vegetasiya müddəti 100-120 günə bərabərdir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin