Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə135/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   131   132   133   134   135   136   137   138   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşmış sortları:
Donetck – 8. 
Növbəli əkində yeri.
Yazlıq arpanın və yazlıq buğdanın becərilmə texnologiyasında oxşar 
cəhətlər çoxdur. Arpanı müxtəlif sələflərdən sonra əkmək mümkündür. Adətən təsərrüfatlarda onu 
qarğıdalıdan, günəbaxandan və birillik dənli-paxlalı bitkilərdən, payızlıq buğdadan, kartofdan 
sonra, hətta pambıq əkən rayonlarda pambıqdan sonra yerləşdirdikdə yaxşı nəticələr əldə edilir. 
Pivə məqsədi üçün ən çox cərgəarası becərilən bitkilərdən sonra əkilir. Ərzaq məqsədi üçün və 
eləcə də yem məqsədi ilə dənli taxıl bitkilərindən sonra becərilməsi daha səmərəlidir. 
Gübrələmə.
Mühüm aqrotexniki tədbirlərdən biri də əkinlərin gübrələnməsidir. Arpa bitkisi 
bir ton əsas və əlavə məhsulla torpaqdan 25-30 kq azot, 11-12 kq fosfor və 20-24 kq kalium 
elementi aparır. Gübrəyə həssas bitkidir. Fosforun verilməsi bitkinin qışa davamlılığını artırır. Arpa 
inkişafının ilk dövrlərində qida elementlərini artıq sərf edir. Borulaşma dövründə ümumi normanın 
50%-ə qədərini mənimsəyir. 
Arpanı ərzaq və yem məqsədilə becərən zaman azot gübrəsinin tam normasının fosfor və 
kaliumla uyğunlaşdırılması tövsiyə olunur, lakin pivə məqsədi üçün azot gübrəsinin norması 20-
25% aşağı salınır. 
Fosfor və kalium gübrələri əsasən şum altında verilir. Bu gübrələr eyni zamanda arpanın 
pivə bişirmək keyfiyyətini yaxşılaşdırır. 
Torpağın becərilməsi.
Arpa üçün torpağın becərilməsi sistemi digər yazlıq taxılların 
becərilmə sistemindən fərqlənmir. Əsas və səpinqabağı becərmə üsulları sələflərdən və torpaq-iqlim 
şəraitindən asılıdır. Cərgəaraları becərilən bitkilərdən sonra torpaq 28-30 sm dərinlikdə şumlanır. 
Səpinə qədər alaqlarla mübarizə məqsədi üçün sahəyə kultivasiya çəkilir. Şum altına hektara 10-15 
ton yarımçürümüş peyin və 1,5-2,0 sentner superfosfat verilir. Əgər sələf bitkisi payızlıq buğdadırsa 
məhsul yığımından sonra kövşənlik 5-6 sm dərinlikdə üzlənir, əgər alaq toxumları cücərti verərsə 
üzləmə təkrar olunur və axırıncı üzləmədən sonra 25-27 sm dərinlikdə şum qaldırılır. 
Səpinqabağı sahəyə toxum səpilən dərinlikdə (5-7sm) kultivasiya çəkilərək malalanır. 
Səpindən 10-15 gün qabaq ağır qranulometrik tərkibli torpaqlar arat edilir. Yüngül qranulometrik 
tərkibli torpaqlarda səpsuvar aparılır. Əgər şum altına gübrə verilməyibsə, səpin qabağı kultivasiya 
altına verilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin