Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə207/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   203   204   205   206   207   208   209   210   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilməsi. 
Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və 
s. soya üçün yararlıdır.
Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. 
Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra 
əkmək olmaz. 
Sələf dənli taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri 
üzlənməlidir. 
Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə, əgər ehtiyac 
varsa 2-ci üzləmə BDT-2,5 və BDT-3 markalı ağır diskli malalarla 10-12 sm dərinlikdə aparılır. 
Üzləmədən 10-15 gün sonra sahə ПЯ-5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır. 
Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı 
dərinliyində (25-27 sm) şumlanmalıdır. 
Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən 
məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P
2
O
5
, 35 kq K
2
O mənimsəyir. Əsas şum altına N 60-
90 kq, P
2
O
5
60-90 kq, K
2
O 30-54 kq verilməlidir. Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi 
yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla 
əmələgəlmə və dəndolma dövründə verilməlidir. Gübrələr RUM-5,1; RMQ-4 markalı gübrə səpən 
maşınlarla verilə bilər. 
Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir. 
Səpindən əvvəl toxum rizotorfinlə hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin 
miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi
aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 
ton toxuma 1-2 kq 70%-li taciqran işlənilməlidir.
Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentouramın tətbiqi yaxşı nəticə verir. 60%-li 
fentouramdan 1 ton toxuma 4,6 kq işlətmək məsləhət görülür.
Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla dərmanlana bilər. Mütləq 
kütlədən asılı olaraq hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya 
gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm olmaqla səpilə bilər.
Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan 
alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. 
Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya 
qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən 
kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə 
torpağa qarışdırılmalıdır.
Səpin
əkin qatında temperatur 10-12 
0
C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə 
səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; 
SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. 


194 
Kütləvi çiçəkləmə, paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə 
ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə 
suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü 
suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma 
yağış yağdırma üsulu ilə hektara 500-600 m
3
, şırımlarla infiltrasiya yolu ilə 700-800 m
3
su 
normasında keçirilir.
Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz 
KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargə araları 2 dəfə KRN-4,2 
markalı kultivatorla yumşaldılmalıdır.
Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li 
emulsiyası ilə hektara 1-1,5 kq, fosfamidlə Bİ-5,8 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən 
sonra çiləmə kükürd tozu ilə əvəz edilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin