Azərbaycanda rayonlaşdırılmış sortları: Yerli Qalibiyyət, Yerli Piyada, Krasnoqradskaya –
5, Sevinc, AzNİİZ – 352.
Becərmə texnologiyası. Növbəli əkində yeri və torpağın becərilməsi digər dənli-paxlalı
bitkilərdə olduğu kimidir. Noxuda nisbətən lobya torpağa çox tələbkardır. Humus qatı az olan
torpaqlarda sələf bitkisi altına üzvi gübrələrin verilməsi zəruridir.
Lobyanı toxumun basdırılma dərinliyində temperatur 12-13
0
C-yə çatdıqda səpirlər. Bu
təxminən mart ayının axırı, aprel ayına təsadüf edir.
Lobyanı gencərgəli cərgəarası 60 sm olmaqla əkirlər. Səpin norması hektara 250-400 min
ədəd cücərmə qabiliyyətli toxumdur. Xırda toxumlu sortlar üçün hektara 70-80 kq, iri toxumlular
üçün isə 100-150 kq-a qədər ola bilər. Lobya ləpə yarpaqlarını torpaq səthinə çıxardığına görə onu
dərin basdırmaq (3-5 sm) olmaz. Üst qatı quraq olan torpaqlarda nisbətən dərin (6-8 sm) basdırmaq
məsləhətdir.
Birinci cüt həqiqi yarpaqlar əmələ gəldikdə və sonralar əsas qulluq işi cərgələr qovuşana qədər
cərgə aralarının becərilməsidir.
Alaqlarla mübarizə məqsədi ilə çıxışlar alınmazdan 2-3 gün əvvəl hər hektara üç kq 50 %-li
prometrin herbisidinin çilənməsi məsləhət görülür.
Lobyanı əsasən paxlalar saraldıqda yığmağa başlayırlar. Bu dövrdə yarpaqlar əsasən tökülür,
paxlaların 70-80 %-i yetişmiş olur. Lobyanın paxlaları aşağıda yerləşdiyinə görə onu
mexanikləşdirilmiş üsulla yığmaq çətinləşir. Odur ki, iki mərhələdə yığmaq məsləhətdir. Əvvəlcə
bitkini biçərək (FA -4) tirələrdə saxlayırlar, ikinci mərhələdə lobya yığan CK-4 kombaynla
döyürlər.
16.7. Mərcimək Əhəmiyyəti . Mərcimək müxtəlif istiqamətdə – ərzaq, yem və texniki məqsədlər üçün istifadə
olunan bitkidir. Mərcimək toxumlarından yeyinti sənayesində kolbasa, konserv, bir neçə şokolad
növlərinin, konfet, peçene və eləcə də zülallı preparatların hazırlanmasında istifadə olunur. Ondan
təzə halda və konservləşdirilmiş formada istifadə olunur. Dənin bişməsi və zülalın miqdarına (30
%) görə mərcimək noxud, nut və lobyanı ötüb keçir. Onun küləşindən və püfəsindən
heyvandarlıqda yem kimi istifadə edirlər. Küləşin tərkibində 14 % zülal olduğundan yemlilik
dəyərinə görə çəmənlik otuna yaxınlaşır. Hər kq-da 0,32 yem vahidi var. Mərciməyin püfəsində 18
196
%-ə qədər zülal vardır ki, bu də vələmir dəni və çovdar yarmasından üstündür. 1 kq-da 0,56 yem
vahidi var. Satınalma qiyməti noxuda nisbətən 2-3 dəfə üstündür.