16.8. Viqna (İnəknoxudu) Əhəmiyyəti. Viqna, yəni inəknoxudu ərzaq və yem istiqamətində becərilən bitkidir. Ərzaq
məqsədi üçün toxumundan, yarpağından və paxlasından istifadə olunur. Xırdalanmış və buğa (par)
verilmiş dəni cavan heyvanların, xüsusilə də donuzların kökəldilməsində qiymətli zülallı
konsentratdır. Bir neçə ölkələrdə lif verən bitki kimi istifadə olunur. Çiçək salxımının oxundan
alınan lifdən kəndir və toxuculuq (hörmə) məmulatı istehsal edirlər. Viqna siderat bitki kimi geniş
becərilir, hər hektar torpaq sahəsinə 300 kq-a qədər azot toplayır. Tərkibində 24-28 % zülal, 60-63
% sulu karbonlar, 1,0-1,3 % yağ, mineral maddələr və s. vardır.
Viqnanın paxlaları dəmir və kalsium duzları ilə də zəngindir. Pəhriz xüsusiyyətlərinə görə
ondan ürək, ciyər və böyrək, şəkər, aşağı mədə sekresiyası və qastrit xəstəliklərinə qarşı müalicədə
istifadə edilməsi məsləhət görülür.
Yayılması və məhsuldarlığı. Viqna bitkisinin yayılması tropik və subtropik coğrafi en
dairəni əhatə edir. Yer kürəsində onun əkin sahəsi 5 milyon hektardan çoxdur. Əsas əkin sahəsi
Afrika kontinentində cəmlənmişdir. Bu bitkini Meksika, Kolumbiya, Çin, Yaponiya və Misirdə
kiçik sahələrdə becərirlər.
Viqnanın dən məhsuldarlığı aşağıdır, xüsusən Afrikada hektardan 4-6 sentner, yüksək
əkinçilik mədəniyyəti şəraitində isə 16-20 sentnerə qədər məhsul götürülür.
Botaniki təsviri. İnəknoxudu –
Viqna cinsinin
57 növü müəyyən edilmişdir. Onlardan 42-si
çox yayılmışdır. Təsərrüfat üçün qiymətlisi və çox becəriləni iki növdür.
1. Viqna katyanq –
Vigna catjang – paxlaları dik vəziyyətli, möhkəm qabıqlı, toxumları
xırda, silindirdir.
Bu növ o qədər də əhəmiyyətə malik olmadığına görə az yayılmışdır. İnkişaf etdiyi rayonlarda
əsasən yaşıl yem üçün becərilir.
2. Viqna sinensis –
Vigna sinensis – paxlaları aşağıya doğru əyilmiş , sortlarından asılı olaraq
qısa, yaxud olduqca uzun (40-50 sm), nazik və möhkəm qabıqlıdır. Yetişməmiş paxlaları və tam
yetişmiş dənləri yeyintidə geniş miqyasda istifadə edilir. Eyni zamanda yaşıl gübrə və yem üçün də
becərilir.
Viqna birillik paxlalı bitkidir, hündürlüyü 60 sm-dən 300 sm-ə qədərdir. Böyümə xarakteri və
yarpaqlarının üçlü olmasına görə lobyaya oxşayır, lakin çiçəyin qayıqcığı burulmur, burun hissəsi
geriyə qatlanmışdır. Öz-özünü tozlayan bitkidir. Toxumlarının forması və rəngi adi lobyada olduğu
kimidir. Dənin forması girdə (dəyirmi), böyrəkşəkillidir. Dənin mütləq kütləsi növdən asılı olaraq
60 - 350 qr-a qədər dəyişir.
Viqna -