Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə216/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   212   213   214   215   216   217   218   219   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
16.9. Lüpin (Acıpaxla)
Əhəmiyyəti
. Lüpinin üstünlüyü ondan ibarətdir ki, o, siderat bitki kimi havanın molekulyar 
azotunu (N
2
) yüksək təsbit etmək və torpağa çoxlu miqdarda üzvi maddələr toplamaq qabiliyyətinə 
malikdir. Hər hektara 180-200 kq-a qədər bioloji azot toplayır ki, bu da 35-40 ton peyinə bərabərdir. 
Lüpinin kök sistemi torpağın dərinliyinə işləyir və çətin həllolunan fosfatlardan istifadə edir. 
Sarı lüpin qida elementləri ilə zəif təmin olunmuş qumsal torpaqlarda inkişaf etmək 
qabiliyyətinə malik olduğundan torpaqları yaxşılaşdırmaq üçün ondan istifadə edilir. Ensizyarpaq 
lüpin ağır torpaqları yaxşılaşdırır və turşuluğu çox olan mineral gübrələrin səmərəliyini yüksəldir. 
Ağ lüpinin toxumlarında zülalın miqdarı çox hallarda 50 %-ə çatır. Son dövrlərə qədər ondan 
heyvandarlıqda yem kimi istifadə etmək çətinliklər törədirdi, çünki, onun toxumunda və yeraltı 
kütləsində 1-2 %-ə qədər acı və zəhərli alkaloidlər (lüpinin, lüpanin, spartein və s.) var. 
Sonralar görkəmli rus alimi D. N. Priyanişnikovun təşəbbüsü ilə lüpinin şirin sortları əldə 
edildi ki, onun tərkibində alkaloidin miqdarı 0,0025 %-dən çox deyildir. Bu sortlar yem və ərzaq 
kimi istifadə etməyə yararlıdır. 
Tərkibində alkaloidlər az olan 
sortlar şirin sortlara nisbətən zərərverici 
və 
xəstəliklərə 
davamlıdırlar 
və 
heyvandarlıqda yem kimi istifadə etmək 
olar. 
Bitkinin tarixi və yayılması. 
Lüpin bitkisi çox qədim dövrlərdən 
məlumdur. Ağ lüpin bizim eradan 4-6 
min il əvvəl Aralıq dənizi ölkələrində 
(Yunanıstanda, Misirdə, Romada və s.) 
becərilirdi. Toxumları isladıldıqdan və 
pörtlədildikdən 
sonra 
ərzaq 
və 
heyvandarlıqda yem kimi istifadə 
edilirdi. 
Lüpin 
əsasən 
Rusiyada, 
Ukraynada, Belorusda və Pribaltika respublikalarında becərilir. 
Yüksək məhsuldar bitkidir. Məhsuldarlığı hektardan 400-450 sentnerə, hətta 600-700 sentnerə 
çatır. Dən məhsuldarlığı noxuda nisbətən hektardan 7-8 sentner çox olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin