Torpaqdan və gübrədən qida elementlərinin istifadə əmsalı. Birinci bitkinin torpaqdan və
gübrədən qida elementlərinin istifadə əmsalları gübrəyə çəkilən xərcin ödənilməsindən asılıdır. Bu
əmsalların həcmi torpaq tipi və orada qida maddələrinin saxlanması, temperatur və çöküntülərin
miqdarı, gübrələrin forması, suvarma rejimi və s. ilə şərtlənir.
A. V. Peterburqskinin məlumatlarına görə tarla bitkiləri birinci ili torpaqdan NPK-nın
mütəhərrik formasının orta hesabla 10%-ə qədərindən, peyindən N – 25-30%, P
2
O
5
– 30, K
2
O –
60% -ni istifadə edir. Qərbi Avropa ölkələri şəraitində bütün bitkilər azot gübrəsindən azotun 40%-ə
qədərini birinci ili istifadə edirlər. onun bir hissəsi torpaqda bərkiyir, bir hissəsi nitratlar formasında
torpağın aşağı qatlarına yuyulur, müəyyən miqdarı denitrifikasiyanın hesabına havaya uçur. Bu
zaman azot itkisi 40-80 % təşkil edir. Xüsusilə suvarılan əkinçilik bölgələrində və çöküntülərin bol
düşdüyü şəraitdə, azot itkisinin azaldılması məsələsi çox kəskin durur, onun itkisi nitratlar
formasında yuyulub aparılmaq hesabına 65%-ə çatır.
Herik tarlalarında azot itkisi tarla bitkiləri örtüyü altındakına nisbətən 40-50% artıqdır, lakin
çoxillik otlar altında isə 4 dəfə azdır. Ammonium şorası səthi (üzdən) verilən zaman azot itkisi
ammonyak formasında 14-26% təşkil edir, temperaturun 12
0
-dən 32
0
-yə qədər yüksəlməsi güclənir.
Paxlalı bitkilərin fosfor və kaliumdan istifadə əmsalı birinci növbədə torpağın nəmliyindən və
simbiozun fəallığından asılıdır. Fosforla və kaliumla orta dərəcədə təmin olunmuş zəif turş və
neytral torpaqlarda, (torpağın hər kq-da 80-140 mq), optimal nəmlik və hava azotunun aktiv təsbit
olunması zamanı fosforun mütəhərrik formasının bitkinin mənimsəməsi 12-22%, mübadilə olunan
kalium 20-25% təşkil edir. Gübrədən fosforun istifadə əmsalı 35-40%-ə, kaliumun isə 65-80%-ə
çatır.
Əgər azotun təsbit edilməsi üçün şərait əlverişsizdirsə, bitkinin fosfor və kaliumu sərf etməsini
azot çatışmazlığı limitləşdirir, ona görə də onların torpaqdan istifadə əmsalı müvafiq olaraq 3-7 və
5-10% təşkil edir. Bu halda fosfor-kalium gübrələrinin verilməsi zamanı paxlalı bitkilərin fosfor və
kaliumu sərf etmələri artmır, ona görə də mineral gübrələr praktiki olaraq tətbiq olunmur.
Rütubət çatışmayan zaman bitki tərəfindən azotlu, fosforlu və kaliumlu gübrələrin istifadəsi
minimum olur.
Çoxillik paxlalı otlar birillik paxlalılar və digər fəsilənin bitkilərinə nisbətən, fosfor və
kaliumu torpaqdan və gübrədən daha yaxşı mənimsəyirlər. Torpaq məhlulunun əlverişli reaksiyası
zamanı, nəmliklə təmin olunmuş və fəal simbioz şəraitində yonca bitkisinin torpaqdan fosfor və
kaliumdan istifadə əmsalı müvafiq olaraq 24 və 27%, mineral gübrələrdən isə 43 və 75%-ə çatır.
Nəticə etibarilə, gübrə norması hesablanan zaman nəinki qida elementlərinin maksimum sərf
edilməsi və çıxarılmasını nəzərə almaq mühümdür, lakin onların torpaqdan və gübrədən istifadə
əmsalı kompleks mühit amillərinin cəmindən asılı olaraq, o cümlədən torpağın pH-ı, potensial
nəmliklə təmin olunması, ancaq paxlalı bitkilər üçün fəal simbioz şəraitidir.
Konkret bitki altına verilən mineral gübrə normasını təyin etmək üçün torpaqda olan
mütəhərrik qida elementlərinin miqdarını bilmək zəruridir. Bir ton məhsulla azotun, fosforun və
kaliumun maksimum sərf edilməsi və çıxarılması, birinci bitki ilə torpaqdan qida elementlərinin
istifadə əmsalı mövcud tarlada orta çoxillik nəmliklə təmin olunma və suvarmanın mümkünlüyü,
gözlənilən məhsulun səviyyəsini müəyyənləşdirir.
Paxlalı bitkilər altına gübrə normasını hesablayan zaman paxlalılarla yumurcuq
bakteriyalarının simbiotik şəraitinə düzəliş etməklə ödənilməlidir. Simbioz üçün əlverişli şəraiti
olduqda azot gübrəsi verilmir, lakin fosfor-kalium gübrəsinin norması adi metodika ilə hesablanır,
planlaşdırılmış məhsulun səviyyəsi müəyyənləşir və bitkinin maksimum tələb olunan
mənimsəyəcəyi lazımi qida maddələrinin miqdarı tapılır. Kartoqrama görə yaxud torpağın kimyəvi
analizinə əsasən əkin qatında bitki üçün istifadəsi mümkün olan qida elementlərinin miqdarı
30
müəyyən edilir. Birinci bitki ilə torpaqdan və gübrədən onların istifadə əmsalı təyin edilir. Bitki
tərəfindən torpaqdan mənimsənilən fosfor və kaliumun miqdarı hesablana bilər.