272
Zülallar, vitaminlər və sulu karbonların ən aşağı itkisi zülallı-vitaminli ot unu istehsal edən
zaman olur. Xırdalanmış yaşıl kütlənin yüksək temperaturda ani olaraq qurudulması
nəticəsində
zülalın və digər qidalı maddələrin saxlanması (miqdarı) 94-96% təşkil edir. Bu növ konservləşmə
digər yemin hazırlanması ilə müqayisədə daha çox enerji işlədir, (1 ton una orta hesabla 220 kq
maye yanacaq sərf olunur) lakin qidalı maddələrin itirilməsinin aşağı düşməsi əlavə xərcləri ödəyir.
Yüksək enerji sərfini nəzərə alaraq xam mal qismində yalnız yüksək zülallı otlardan, ilk növbədə
yonca və üçyarpaqdan istifadə etmək məqsədəuyğundur. Onların yığımını budaqlanma fazasından
başlayaraq, qönçələmə dövründə və çiçəkləmənin başlanğıcında qurtarmaq olar. 1 kq ot ununun
tərkibində 0,7-0,9 yem vahidi, 250-300 mq karotin, 20-25% xam zülal, 17-22% sellüloza, eləcə də
E, B
2
, K vitaminləri və s. vardır. Bu əvəzedilməz zülallı-vitaminli mürəkkəb qatışıq (kombikorm)
quşlar və donuzlar üçündür.
Dostları ilə paylaş: