Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxum üçün becərilmə xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə308/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   304   305   306   307   308   309   310   311   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxum üçün becərilmə xüsusiyyətləri.
Çoxillik paxlalı otların toxumları bir qayda olaraq 
eyni vaxtda yetişmir (nizamsız). Toxumun tökülməsinə qarşı ən davamlı yonca və çəmən 
üçyarpağıdır, onları kombaynla həm birbaşa, həm də hissə-hissə yığmaq mümkündür (cədvəl 47).
Çoxillik paxlalı otların toxumlarının xarakteristikası (cədvəl 48) göstərilmişdir. 
Çəmən üçyarpağı toxumunun yığım üçün yetişməşinin daha ümidverici əlaməti çiçək 
saplağının rəngidir. Bitkinin yetişmiş toxumlarının çiçək saplağının yaşıl rəngi darçını rənglə əvəz 
olunur. Sürünən üçyarpağın toxumları tökülmür, başcıq çox aşağıda yerləşir, ona görə də onun 
yığılması daha yaxşı olar ki, birbaşa kombaynla aparılsın. Qurdotunun paxlaları yetişmə həddinə 
çatdıqda çatlayır. Bundan əlavə toxumun tam yetişməsinə qədər bitki yaşıl qaldığından toxum 
məhsulunu birbaşa kombaynla yığmaq mümkün olmur, çünki gövdələr barabana dolaşır və döyümü 
çətinləşdirir. Qurdotu hissə-hissə yığım üçün isti və quru havada paxlaların 50%-i, sərin havada isə 
60-70%-i qonurlaşdıqda biçilir. Biçilmiş kütlə sahədə soluxduqdan sonra oradan çıxarılır, toxumun 
yetişməsi üçün kütlə qurudulur, bundan sonra o kombayndan keçirilir. 
Xəşəmbül əsasən hissə-hissə üsulla yığılır. Bitkinin aşağı yaruslarında paxlalar qonurlaşan 
zaman otluq biçilir, 3-5 gündən sonra isə kombaynla döyülür. Xaşanın paxlaları güclü çatlayaraq 
toxum töküldüyündən yığım hissə-hissə aparılır. Paxlaların 40%-i qonurlaşdıqda biçin aparılır. Xaşa 
toxumları çox nadir hallarda kombaynla birbaşa yığılır.
Çoxillik paxlalı otların toxumları müxtəlif saxlama müddətlərində cücərmə qabiliyyətini 
itirmirlər. Məsələn: xaşa toxumu 1-2 ildən sonra cücərmə qabiliyyətini itirir, sarı xəşəmbül isə 16-
17 il saxladıqdan sonra birbərabərdə cücərtilər verir. Çəmən üçyarpağının, qurdotunun və 
çəpişotunun toxumlarını 3-4 ildən artıq saxlamaq məsləhət görülmür. Yonca və sürünən üçyarpaq 
toxumları cücərmə qabiliyyətini bir qədər artıq, yəni 6-7 ilə qədər itirmirlər. 
Xaşanın paxlaları güclü çatlayaraq toxum töküldüyündən yığım hissə-hissə aparılır. Paxlaların 
40%-i qonurlaşdıqda biçin aparılır. Xaşa toxumları çox nadir hallarda kombaynla birbaşa yığılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin