Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bioloji və təsərrüfat xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə304/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   300   301   302   303   304   305   306   307   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji və təsərrüfat xüsusiyyətləri. 
Bütün bu otlar yaşıl kütlə şəklində heyvanları 
yemləmək, quru ot, senaj, briket və ot ununun hazırlanması üçün becərilir. Tərkibində sərbəst 
şəkərlərin az olmasına görə bu otlar təmiz halda pis siloslaşır, siloslaşmanı yalnız kimyəvi 
konservatlardan istifadə etməklə mümkündür. 
Çoxillik paxlalı otların xüsusiyyətləri ondan ibarətdir ki, cücərti (zoğ) fazasından qönçələmə 
və çiçəkləmənin başlanğıcına qədər onlarda vegetativ kütlə intensiv böyüyür. Çiçəkləmənin 
başlanğıcından bu proses ləngiməyə başlayır və yerüstü kütlənin tərkibində azotun və xam zülalın 
miqdarı aşağı düşür. Qida elementləri kök sistemində yenidən paylandığına görə bitki gələcək 
məhsulu yaratmaq üçün yaxşı qışlayır. Bununla əlaqədar olaraq bütün çoxillik paxlalı otların biçin 
müddəti çiçəkləmə fazasının başlanğıcı hesab olunur. Artıq bu müddətdə bitkinin növündən və 
becərilmə şəraitindən asılı olaraq zülalın miqdarı daha yüksək (14-18%) olan çoxlu miqdarda 
biokütlə yaranır. Biçinin tam çiçəkləmə fazasına qədər yaxud bir az çox gecikdirilməsi yemin 
tərkibində zülalın miqdarının azalmasına, sellülozun isə artmasına və onun keyfiyyətinin aşağı 
düşməsinə səbəb olur. 
Paxlalı və taxıl otlarının müqayisəsi quru ota, senaj və silosa görə yox, yaşıl kütlənin 
tərkibindəki zülalın miqdarına görə düzgündür. Çünki, yemin növündən və hazırlanma 
texnologiyasından asılı olaraq yığım və konservləşmə prosesi zamanı zülalın miqdarı bu və ya digər 
səviyyədə aşağı düşür.
Cədvəl 46 
Çoxillik paxlalı otların yaşıl kütləsində xam protein və təmiz zülalın orta miqdarı
 
Bitkilər
Quru maddəyə görə zülalın %-lə miqdarı
Həzm olunan zülal %-lə 
xam 
təmiz 
xam 
təmiz 
Yonca 
21 
17 
78 
74 
Xaşa 
16 
15 
68 
68 
Sürünən 
üçyarpaq 
21 
18 
73 
74 
Çəmən 
üçyarpağı 
16 
15 
70 
68 
Xəşəmbül 
20 
15 
72 
72 
Çəpişotu 
20 
17 
77 
73 
Qurd otu 
18 
15 
68 
68 
Biçin dövründə taxıl otlarına nisbətən çoxillik paxlalı otların tərkibində orta hesabla xam 
zülalın miqdarı 1,5 xalis zülal isə 1,7 dəfə çox olur. 
Çoxillik paxlalı otların axırıncı biçinini sabit soyuqların düşməsinə 35-40 gün qalmışdan gec 
olmayaraq həyata keçirmək lazımdır. Belə ki, biçindən sonra zoğların əmələ gəlməsinə kök 
sistemində toplanmış plastik maddələr səbəb olur. Zoğlar əmələ gəldikdən sonra formalaşmış 
fotosintetik aparat ilk növbədə sərf olunmuş ehtiyatı (plastik maddə) doldurur. Əgər axırıncı biçin 
gecikdirilərsə yaxud sabit soyuqlar tez düşərsə, kök sistemi ehtiyat toplamağa macal tapmayır, belə 
ki, onların həyat fəaliyyəti prosesi üçün plastik maddələr çatışmır və qış dövründə bitkilər məhv 
olmağa məruz qalırlar.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin