Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə302/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   298   299   300   301   302   303   304   305   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası. 
Sürvə çoxillik bitkidir, növbəli əkindən kənarda 2-3 il müddətinə 
xüsusi ayrılmış sahədə becərilir. Yaz əkinlərində onun ən yaxşı sələfi payızlıq taxıllardır. Gübrə 
verilməsinə yaxşı reaksiya göstərir. Sürvə əkinlərinə hektara 20 ton peyin və tam mineral gübrə N
30
P
50
K
40
verilir.
Payızlıq taxıllardan sonra üzləmə aparılaraq torpaq şumlanır və malalanır. Səpinqabağı 
kultivasiya çəkilərək sahə malalanır.
Sürvəni yazda yaxud qış qabağı səpirlər ki, soyuqlar düşənə qədər cücərə bilməsin. Daha 
geniş yayılmış səpin üsulu cərgəarası 45 sm olan gen cərgəli üsuldur. Səpin norması hektara 
gencərgəvidə 2 mln, adi cərgəvidə isə 3-4 mln. ədəd cücərmə qabiliyyətli toxumdur. Toxumun 1000 
ədədinin kütləsi 3-4 qramdır. Toxumun basdırılma dərinliyi yumşaq torpaqlarda 4-5 sm-dir. 
Əkinlərə qulluq cücərtilər görünəndə malalama və cərgəarası becərmələrdən ibarətdir. 
Məhsulun yığılması üçün hamaşçiçəyin tərkibində efir yağının toplanması 0,12%-dən az 
olmamalıdır. Bundan ötrü çiçəkləmənin başlanğıcından hər gün analiz üçün nümunələr götürülür. 
Adətən ən yaxşı yığım müddəti aşağıdakı meyvələrin toxumları qonurlaşdıqda hesab olunur. 
Tapşırıq və yoxlama sualları – 21
1.
Müxtəlif yağlı bitkilərin toxumlarında yağın miqdarı nə qədərdir? 
2.
Turşu ədədi və sabunlaşma ədədi kimi anlayış nə deməkdir? 
3.
Quruyan, yarım quruyan və qurumayan yağlara misal gətirin. 
4.
Günəbaxanın vətənin göstərin. İlk dəfə onu yağlı bitki kimi kim istifadə etmişdir? 
5.
Azərbaycanda və dünyada günəbaxanın yayılması necədir? 
6.
Günəbaxanın inkişaf fazalarını və bioloji xüsusiyyətlərini sadalayın. 
7.
Günəbaxanı silos və toxum üçün becərən zaman aqrotexnikası barədə danışın. 
8.
Tünd göy və ağ xardal necə istifadə olunur? 
9.
Yazlıq və payızlıq rapsın nə kimi bioloji xüsusiyyətləri var? 
10.
Gənəgərçək yağı harada istifadə olunur? 
11.
Araxisin bioloji xüsusiyyətləri barədə danışın. 
12.
Küncütün nə kimi bioloji xüsusiyyətləri və aqrotexnikası var? 
13.
Azərbaycanda becərilən efir yağlı bitkiləri sadalayın. 
14.
Efir yağlarının nə kimi kimyəvi tərkibi var?
15.
Efir yağlarının istifadəsi barədə danışın. 


267 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin