Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə299/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   295   296   297   298   299   300   301   302   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Növbəli əkinlərdə zirənin daha yaxşı sələfləri payızlıq dənli taxıl 
bitkiləri və dənli-paxlalılardır. 
Torpağın becərilməsi və gübrələmə sistemi cirədə olduğu kimidir. 
Zirəni erkən yazda gencərgəli, cərgəarası 45 sm olmaqla səpirlər.
Zirə əkinlərinə qulluq işləri kəltənləri xırdalanması və alaq otlarının məhv edilməsi üçün 
cərgəaralarının becərilməsidir. Bundan əlavə həyatının birinci ili şaxtadan qorunmaq üçün payızda 
yüngülvarı dibi doldurulur, lakin ikinci ili erkən yazda cərgələrə köndələn istiqamətdə malalanır. 
Meyvələr 60% qonurlaşdıqda zirə yığılır. Məhsulun yığılması birbaşa taxıl yığan 
kombaynlarla həyata keçirilir. 
Saxlayarkən toxumun nəmliyi 12%-dən yüksək olmamalıdır. 
 
 
21.2.4. Nanə
 
Əhəmiyyəti, yayılması və məhsuldarlığı. 
Nanə yarpaq almaq üçün becərilir. Yarpağın 
tərkibində 1,5%-dən 3,5%-ə qədər nanəli efir yağı vardır. Ondan tibdə, ətriyyatda və qənnadı 
məmulatları istehsalında istifadə olunur. Adi nanənin yarpaq və çiçək qrupunun tərkibində 40-65%, 
çöl nanəsində isə 50-70% mentol olan nanə efir yağı var. Nanənin yerüstü hissələrindən nanə yağı, 
nanə cövhəri və s. hazırlanır. Tibdə nanə yarpaqlarından hazırlanan cövhərdən ürəkbulanmasında və 
ödqovucu dərman kimi istifadə edilir. Nanə yağı aromatik maddə kimi ətriyyat-kosmetika 
sənayesində istifadə olunur. Nanə yağı diş tozu və diş pastasının tərkibinə əlavə edilir.
Azərbaycanda qədim zamanlardan nanədən həm təzə, həm də qurudulmuş halda istifadə 
olunur. Nanə bir çox Qafqaz o cümlədən Azərbaycan xörəklərinə (ət, xəmir, tərəvəz və s.) qatılır. 
Nanədən çəkilən nanə cövhəri mədə-bağırsaq xəstəliyində faydalı dərman sayılır.
Azərbaycan Respublikasında nanənin beş növü məlumdur. Becərilən əsasən adi nanədir. Quru 
yarpağın məhsuldarlığı hektardan 7-10 sentnerə çatır. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Nanə - Dodaqçiçəklilər - 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin