263
Gübrələrə yaxşı reaksiya göstərən bitkidir. Hektara 45-50 kq azot, fosfor və kalium gübrələri
verilir. Səpin zamanı hektara 10 kq dənəvərləşdirilmiş superfosfat, lakin
yarpaq rozetləri əmələ
gəldikdə isə hektara 10-15 kq yemləmə şəklində azot-fosfor verilir.
Cirə əkinləri üçün torpaq 25-28 sm dərinliyində payız
şumu edilir, (dənli
bitkilərdən sonra
üzləmə aparılır) erkən yazda malalanır və səpinqabağı kultivasiya çəkilərək malalama aparılır.
Toxumlar səpinqabağı 3-4 gün isti havada qızdırılır.
Cirə yazın əvvəlində dənli bitkilərlə eyni vaxtda səpilir. Səpin daha geniş yayılmış gencərgəli
(cərgəarası 45 sm) lent üsulu ilə aparılır. Lentləp arası 45 sm və lentlərdə cərgəarası 15 sm
götürülür. Alaq otlarından təmiz olan sahələrdə adi cərgəvi üsul tətbiq edilir.
Toxumun səpin norması gencərgəli əkində hektara 12 kq, ikicərgəli lent üsulunda hektara 14
kq və adi cərgəvi səpində hektara 18 kq götürülür. Toxumun basdırılma dərinliyi 2-3 sm,
bir az
qurumuş torpaqlarda isə 4-5 sm-dir.
Qulluq işləri çıxışlara qədər yüngül malalarla cərgələrin köndələninə malalanmasından və ən
azı üç dəfədən az olmayaraq cərgəaralarının becərilməsindən ibarətdir.
Cirənin yığılması birbaşa və hissə-hissə ola bilər. Toxumun tam yetişmə fazasının
başlanğıcında dəyişkən hava şəraitində seyrək və yatmış əkinlərdə yığım birbaşa aparılır.
Hissə-
hissə yığıma isə sahədə normal bitki sıxlığı olduqda və toxumlar yaşılımtıl-sarı rəng aldıqda
başlanılır.
Saxlayarkən cirə toxumunun nəmliyi 12%-dən yüksək olmamalıdır.
Dostları ilə paylaş: