261
Efir yağından başqa koriandrın (keşnişin) meyvəsinin tərkibində olein turşusu ilə zəngin olan
18-22%-ə qədər piyli yağ vardır.
Ondan toxuculuq, sabunbişirmə və poliqrafiya sənayesində
istifadə edilir.
Koriandrın toxumları tibdə, eləcə də qənnadı sənayesində, pivəbişirmədə, likör-araq və digər
istehsal sahələrində istifadə olunur.
Meyvədən efir yağını çəkdikdən və piyli yağı təmizlədikdən sonra
yerdə qalan cecəsi mal-
qara üçün yaxşı konsentratlı (qüvvətli) yemdir. Bir kq. cecənin tərkibində 0,69 yem vahidi var.
Koriandrın yarpaqları Zaqafqaziya Respublikalarında və Şərq ölkələrində yeyilir və ədviyyat
kimi istifadə olunur. Yaxşı bal verən bitkidir.
Koriandr (keşniş) qədim bitkidir. Onu Avropa, Asiya, Afrika və Amerikada çoxdan becərirlər.
Azərbaycanın bütün bölgələrində becərilir və əhali tərəfindən tərəvəz kimi geniş istifadə olunur.
Aralıq dənizi sahili ərazilərində iki növü var. Azərbaycanda bitən və becərilən keşniş
C. sativum
daha geniş yayılmışdır.
Koriandrın toxum məhsuldarlığı hektardan 10-12 sentnerdir.
Yüksək aqrotexnika tətbiq
etməklə 20 sentnerdən çox məhsul götürmək mümkündür.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Koriandr -
Coriandrum sativum L.
Çətirçiçəklilər
-
Ariaceae
fəsiləsinin birillik ot cinsidir. Mil kökə malikdir, gövdəsi 50-120 sm hündürlüyündə
yuxarı hissəsində budaqlanandır. Yarpaqları aşağı hissədə uzun saplaqlı, lələkşəkilli,
orta hissədə
iki-üçqat lələkvarı bölümlü və ensiz xətvaridir.
Hamaşçiçəyi mürəkkəb çətirdir. Xırda çiçəkləri, ağ, solğun - çəhrayı, sarı, beşlik formalı
mürəkkəb çətir şəklində gövdənin başında yerləşir. Aşağı yumurtalıq ikiyuvalıdır. Həşəratlar
vasitəsi ilə çarpaz tozlanandır. Meyvəsi şarşəkilli (kürəvarı), ikitoxumlu sarı-qonur rənglidir. Efir
yağı hər iki meyvəciyin içəri tərəfində yerləşən xüsusi kanalda toplanır. Yetişmiş toxumları
asanlıqla tökülür. Toxumun 1000 ədədinin kütləsi 7-10 qr-dır. Bitki, xüsusən çiçəkləmə fazasında
kəskin iyə malik olur. Yetişmə zamanı
bu iy yox olur, meyvəsi tünd ədviyyat kimi ətirli qoxu verir.
Koriandr istiliyə o qədər də tələbkar deyil. Onun toxumları 6-8
0
C temperaturda cücərməyə
başlayır. Lakin belə temperaturda cücərtilər səpindən 20-25 gün keçdikdən sonra alınır. Cücərtilər -
7-8
0
C şaxtalara dözürlər. İstiliyə daha çox tələbi çiçəkləmə və yetişmə fazasındadır.
Koriandr nəmliyə xüsusən vegetativ kütlənin boy atma dövründə və çiçəkləmə fazasında
tələbkardır. O işıqsevən bitkidir.
Koriandr üçün ən yaxşı torpaqlar münbit qara torpaqlar hesab olunur. Bataqlı və ağır gillicəli
torpaqlar koriandr üçün yararsızdır. İnkişafının əvvəlində koriandr alaqlardan əziyyət çəkir,
çiçəkləməsi və yetişməsi bir bərabərdə olmur. Vegetasiya müddəti 90-110 gündür.
Dostları ilə paylaş: