Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə296/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   292   293   294   295   296   297   298   299   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
21.2.2. Cirə
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Cirə toxum almaq üçün becərilən qiymətli bitkidir. 
Onun toxumunda 2-4% efir və 18-22% piyli yağ vardır. Efir yağının əsas tərkib hissəsi ətriyyat
əczaçılıq və yeyinti sənayesində geniş istifadə olunan 
anetoldan 
ibarətdir. Piyli yağ isə lak-boyaq 
istehsalında tətbiq olunur. 
Cirənin toxumları çörəkbişirmədə, qənnadı məmulatları və konservlərin hazırlanmasında 
istifadə olunur. Onun cecəsi südlük mal-qara və quşlar üçün konsentratlı yemdir. Hər 100 kq cecədə 
85 yem vahidi vardır.
Cirənin vətəni Kiçik Asiyadır. Onu Avropa və Asiyanın bir çox ölkələrində becərirlər. 
Azərbaycanda bir növü Abşeronda, İsmayıllı və Ağsu rayonlarında becərilir. Azərbaycanda 
qədim zamanlardan becərilən cirə şorqoğalı və s. hazırlanmasında, çay dəmləməsində və s. istifadə 
olunur. Xalq təbabətində cirənin toxumundan asmanın qarşısını alan, xroniki mədə-bağırsaq 
xəstəliklərində, soyuqdəymədə bəlğəmgətirən, köp yatıran və iştaha artıran dərmən kimi istifadə 
olunur. 
Məhsuldarlığı hektardan 7-8 sentnerə çatır. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Cirə - 
Pimpinella apisum L.
Çətirçiçəklilər - 
Apiaceae
fəsiləsindən birillik bitki cinsidir.
Yaxşı inkişaf etmiş mil kök sistemi vardır. Dikduran və yuxarı hissədə budaqlanan gövdəsinin 
hündürlüyü 40-60 sm-dir. Növbələnən yarpaqları - aşağıdakılar uzun saplaqlı, oval yaxud 
böyrəkşəkillidirlər; orta hissədəkilər qısa saplaqlı, üçlüyarpaqlıdırlar; yuxarıdakılar oturaq və çoxlu 
bölünürlər. Hamaşçyəyi mürəkkəb çətirli və xırda çiçəkləri ağ rənglidir. Meyvəsi ikitoxumlu 
yumurtavari yaxud armudşəkilli formalıdır, meyvəcikləri iki tək toxumlu çatlamayan yaşılı-sarı 
rənglidir. Meyvəsi qısa sıx tükcüklərlə örtülüdür, üzərində uzununa qabırğalı çoxlu miqdarda 
daxilində şirintəhər-ədviyyə tamlı efir yağlı kanallar var. Toxumun 1000 ədədinin kütləsi 3,5-4 
qramdır.
Cirə nisbətən temperatura tələbkardır. Toxum 4-5 
0
C temperaturda cücərməyə başlayır, lakin 
bu temperaturda cücərmə yavaş-yavaş gedir. Çıxışların bir bərabərdə alınması üçün 10 
0

temperatur kifayətdir. Bitkinin boy və inkişafı üçün optimal temperaturun miqdarı 14-25 
0
C-dir. 
Cirənin istiliyə daha çox tələbatı çiçəkləmənin başlanğıcından toxumun yetişməsinə qədərdir. 
Toxumun cücərməsi üçün öz kütləsinin 120%-i qədər nəmlik tələb olunur. Çiçəkləmə 
dövründə və toxum əmələ gəldikdə bitkinin nəmliyə tələbatı daha çox olur. İşıqsevən bitkidir. 
Torpağa tələbkardır, münbit qara torpaqlar onun üçün daha əlverişlidir.
Vegetasiya müddəti 120-130 gündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin