Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə337/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   333   334   335   336   337   338   339   340   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Dərman çəpişotu.
Dərman çəpişotunu 
(Galega officinalis)
Avropada, Aralıq dənizi 
ölkələrində , Kiçik Asiyada becərirlər. VIII əsrdən onu Qərbi Avropa ölkələrində sidikqovucu, 
tərlədici və qurdqovucu dərman kimi istifadə etmişlər.
Dərman çəpişotunun yarpaqları şərq çəpişotuna nisbətən daha uzunsovdur, onun kök pöhrələri 
yoxdur. Torpağın dərinliyinə işləyən şalğama bənzər mil kökü vardır. Çiçəkləri açıq-bənövşəyi, bir 
neçə növmüxtəlifliyində ağ yaxud çəhrayı rənglidir. Bu bitki şərq çəpişotundan bir çox təsərrüfat və 
bioloji əlamətlərinə – vegetasiya müddətinin uzunluğuna, toxum məhsuldarlığına, quraqlığa 
davamlığına, şaxtaya davamlığına, yarpaqlanmasına və s. görə fərqlənir. Onu əsasən dərman bitkisi 
kimi becərirlər. Dərman çəpişotu şərq çəpişotuna nisbətən az məhsuldardır, tərkibində çoxlu 
miqdarda alkaloid olduğundan. Yem bitkisi kimi tətbiq olunmağa o qədər də geniş vüsət almayıb. 
Çoxillik lüpin.
Bu bitki turş torpaqlara davamlılığına görə birinci yerdə durur, köklərində 
əmələ gələn fır bakteriyaları hətta pH-3,8-də belə havanın bioloji azotunu təsbit edir. Bu cür 
turşuluqda heç bir paxlalı bitki hava azotunu mənimsəmir. pH - 4,5-6,5 daha yaxşı inkişaf edir. 
Neytral və zəif qələvi torpaqlarda köklərində fır bakteriyaları əmələ gətirmir. 
Torpağa tələbkar deyildir, qida maddələri ilə daha kasıb olan qumluca torpaqlarda belə yaxşı 
inkişaf edir. Kifayət qədər soyuğa və qışa davamlıdır. Orta hesabla bir bitkinin ömrü gillicəli 
torpaqlarda 6-7 il, qumlu torpaqlarda isə 4-5 ildir. Əkinlərin seyrəlməsi həyatının 4-cü-5-ci ilindən 
başlayır, ancaq yerdə qalan bitkilərdən daha güclüləri inkişaf edir və yeni bitkilərdən bərk toxumlar 
əmələ gəlir. Biçildikdən sonra lüpin tez cücərir və vegetasiya müddətində bir neçə yaşıl kütlə biçini 


292 
verir. Nəm kütləsində xam proteinin miqdarı üçyarpaqdan geri qalmır, lakin onun tərkibində yaşıl 
kütləyə acılıq tamı verən alkaloid olduğundan o siderat bitki kimi istifadə olunur. Yemlik lüpin 
sortlarının tərkibində quru maddəyə görə daha az alkaloid 0,01% olduğunu nəzərə alsaq, praktiki 
olaraq alkaloidsiz hesab edilir və mal-qaranın yemləndirilməsi üçün yararlı sayılır. Lakin sortlar bu 
əlamətlərini tez itirirlər, hal-hazırda alkaloidsiz yemlik sortlar istehsalatda praktiki olaraq yoxdur. 
Bunların əkin sahələri o qədər də çox deyildir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin