Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə345/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   341   342   343   344   345   346   347   348   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Növbəli əkində yeri. 
Daraqotunu örtük bitkisi kimi paxlalı bitkilərin qarışığı kimi yazlıq 
buğda yaxud arpa altına səpilir. Örtük bitkisi yerli şərait nəzərə alınmaqla seçilir.
Gübrələnməsi. 
Daraqotu əkinlərinə hektara 30-50 kq azot, 45-60 kq fosfor və 30-45 kq 
kalium gübrələrinin verilməsi məsləhət görülür. Göstərilən gübrələr əsasən şum altına verilir. Yaxşı 
olar ki, səpin zamanı toxumla birlikdə hektara 50 kq dənəvərləşdirilmiş superfosfat verilsin.
Torpağın becərilməsi. 
Sələf bitkisi yığıldıqdan sonra kövşənlikdə üzləmə aparılır, 2-3 
həftədən sonra ön kotancıqlı kotanla 20-25 sm bəzən 30 sm dərinliyində şum qaldırılır. Yazda erkən 
malalama aparılır, sonra kultivasiya malalama ilə və ot səpini örtük bitkisi ilə eyni vaxtda aparılır. 
Daraqotunun yaxşı inkişaf etməsi torpağın keyfiyyətli becərilməsindən asılıdır. Torpaq alaq 
otundan təmiz, nəmlik və qida maddələri ilə yaxşı təmin olunmalıdır.
Səpin. 
Təsərrüfat yararlığı 100% olan daraqotu toxumunun səpin norması təmiz cərgəvi 
səpində hektara 10-12 kq, otların qarışığında 8-10 kq, gencərgəli səpində isə 5-7 kq götürülür. 
Qulluq işləri. 
Örtük bitkisinin məhsulu yığıldıqda küləşin hündürlüyü torpaq səthindən 15-20 
sm həddində saxlanılır.
Erkən yazda küləşi tarladan çıxarmaq üçün malalama aparılır. Quru ot üçün daraqotu yaxud 
ot qarışığı yığıldıqdan sonra tarla yenidən ağır malalarla iki iz malalanır.
Məhsulun yığılması. 
Quru ot üçün daraqotunun və ot qarışığının ən yaxşı yığım müddəti 
sünbülləmə dövründən çiçəkləmənin başlanğıcına qədərdir.
Daraqotunun toxumu yetişəndə asan tökülür. Onu tez-tez mum yetişkənlik fazasının ortasında 
hissə-hissə üsulla yığırlar. Mum yetişkənlik fazası 10-12 gün davam edir, ona görə də toxumluq 
sahədə hissə-hissə yığımın optimal müddətini təyin etmək çətin deyil.
Mum yetişkənlik fazasının sonunda toxumu birbaşa kombaynla yığmaq zəruridir. Onu da 
yadda saxlamaq lazımdır ki, daraqotunun hədsiz erkən yığılması toxumların cücərmə qabiliyyətini 
mum yetişkənlik fazasının sonu yaxud tam yetişkənlik fazasında yığılmasına nisbətən 15-20% aşağı 
salır. Bundan əlavə toxumluq sahəni erkən müddətdə yığdıqda toxum materialının içərisində 
əhəmiyyətli miqdarda daraqotu sünbülünün hissələri olur. Çoxlu miqdarda xırdalanmamış dənli 
sünbüllər olduqda yığılmış tığ yoncadoğrayandan buraxılır, sonra yenidən toxumtəmizləyən 
maşından buraxılır. 


298 
Daraqotu toxumunun yığımı yenidən təchiz edilmiş kombaynla aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin