326
Kənafda öz-özünü
tozlama üstünlük təşkil edir, tam inkişaf etməmiş tozluqlarda çarpaz
tozlanma da baş verir. Meyvəsi iti-yumurtavari formalı, uzunluğu 2,5 sm və eni 1-2 sm, sərt tüklərlə
örtülü beşyuvalı qozadır. Bir bitkidə 20-30 ədəd qoza əmələ gəlir.
Toxumu üçüzlü, tünd-qonuru rəngdədir. Bir qozada 15-20 toxum olur. 1000 ədədinin kütləsi
20-28 qramdır.
Kənaf istilik sevən bitkilər sırasına aiddir. Onun toxumları 10-12
0
C temperaturda cücərməyə
başlayır. 22-23
0
C temperaturda cücərtilər bir bərabərdə alınır. -1,0-1,5
0
C
şaxtalarda təkcə
cücərtilər yox, nisbətən yaşlı bitkilər də məhv olur. Kənafın boy və inkişafı üçün daha əlverişli
temperatur 23-25
0
C-dir. Vegetasiyanın sonuna istiliyə tələbatı nəzərə çarpacaq dərəcədə azalır.
Nəmliyə tələbkar bitkidir. Kənaf üçün torpağın optimal nəmliyi TRT 80% həddində olmalıdır.
Ona görə də kənaf yalnız suvarılan şəraitdə yaxud bol yağıntılar düşən bölgələrdə becərilir.
Kənaf işıq sevən qısa gün bitkisidir. İşıqlanma çatışmadıqda və olduqca sıx əkinlərdə bitkilər
alçaq boylu və zəif olurlar.
Kənaf boz, çəmən və bataqlı-çəmən torpaqlarda, çay vadilərinin gətirmə torpaqlarında əkilir.
Şoran və şorakət torpaqlar kənaf üçün yararsızdır.
Kənafın vegetasiya dövrü 120-160 günə bərabərdir.
Dostları ilə paylaş: