333
yaxşılaşır, eyni zamanda kətan bitkisinin göbələk xəstəlikləri və zərərvericilərlə zədələnməsi aşağı
düşür.
Səpinlərin bir həftə gecikdirilməsi lif və toxum məhsulunu 10-20% aşağı sala bilər.
Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür. Lakin yaxşı hazırlanmamış,
nəmli və soyuq torpaqlarda səpinlərin hədsiz erkən aparılması kətanın məhsulunu gecikmiş
əkinlərdə olduğu qədər aşağı salır.
Kətan üçün ən yaxşı səpin cərgəarası 7,5 sm olan darcərgəli üsuldur.
Hektara optimal səpin norması 25-30 mln. ədəd cücərmə qabiliyyətli toxum hesab olunur.
Səpin norması bölgədən, sortdan və səpinin təyinatından asılı olaraq müəyyən edilir.
Nəmişlik çox düşən illərdə yüksək səpin normasında bitkilər yata bilər, bu da ki, ilkin
becərməni və məhsul yığımını çətinləşdirir. Eləcə də kasıb torpaqlarda sıx əkinlər təhlükəlidir,
burada kətan alçaqboylu olur. Lakin güclü alaqlanmış, eləcə də ağır torpaqlarda, məhsul yığımı
dövrünə az miqdarda bitki qaldığından, toxumun səpin normasını 10-15% artırmaq lazımdır.
Toxumun ən yaxşı basdırılma dərinliyi ağır torpaqlarda 1,5-2 sm, yüngül torpaqlarda isə 2-2,5
sm-dir. Nisbətən toxumun dərin səpilməsi cücərtilərin sıxlığını nəzərə çarpacaq dərəcədə aşağı salır
və kətanın məhsulunu azaldır.
Dostları ilə paylaş: