Məhsul yığımı. Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndirilir: yaşıl, erkən sarı, sarı və
tam. Yaşıl yetişmə çiçəklərin tökülməsinin arxasınca başlayır. Bu fazada gövdə və qutucuqlar hələ
yaşıl olurlar. Yalnız aşağı yarpaqları saralır və quruyur. Toxumu əzərkən süd rəngli duru maye
ayrılır. Kətanı bu fazada yığdıqda liflər nazikləşir, ancaq zəif olur.
Erkən sarı yetişkənlik fazasında gövdənin aşağı yarısının yarpaqları tökülür, qalanları isə uc
yarpaqlar istisna olmaqla, saralırlar. Qutucuqdakı toxumlar yaşılımtıl-sarı rəng alır. Kətan bu fazada
yığıldıqda lif ən yaxşı keyfiyyətə malik olur.
Sarı yetişkənlik fazasında bütün yarpaqlar saralır, yalnız onlar gövdənin təpə hissəsində
qalırlar, qutucuqlar qonurlaşmağa başlayır, toxumlar açıq-qəhvəyi rəng alır, lifin keyfiyyəti bir
qədər pisləşir.
Tam yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutucuqlar qonur rəng alırlar, aşağı
keyfiyyətli lif alınır.
Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı yetişkənlik fazasından 2-3
gün əvvəl başlanılması tövsiyə olunur. Bu dövrdə yığılan kətan daha çox yüksək keyfiyyətli uzun
liflər verir. Toxum bu vaxtı tam formalaşmış olur və yetişdikdən sonra səpin üçün yararlı olur.
Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları sarı yetişkənlik fazasında,
yağlıq kətan isə tam yetişkənlik fazasında yığılır.
Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin isti hava şəraitində bir qədər
qısa ola bilər. Ona görə də tələb olunan müddəti gecikdirdikdə çoxlu miqdarda məhsul itkisinə
gətirib çıxarır.
Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir və kətançılıqda bütün
xərclərin 70-80%-i onun üzərinə düşür. Ona görə də kətan məhsulunun yığım texnologiyasında
səmərəli üsulların tətbiq edilməsi böyük istehsalat və iqtisadi əhəmiyyət kəsb edir.
Kətan yığımında proqressiv və səmərəli üsul uzun illər yaxşı işlənılmış və geniş sürətdə
yoxlanılmış kombayn üsuludur.
Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutucuq, 2-7% toxum, 12-16% digər
qarışıqlar olur. Adətən qalaqda nəmlik yüksək, 60-65%, o cümlədən toxum qutucuqlarında 40-50%
olur. Ona görə də kətan qalağı dərhal quruducu şaxtalarda qurudulur, sonra isə toxum ayrılır və
təmizlənir. Kətan qalağının qurudulması və emalı məhsulun saxlanması və keyfiyyətindən asılıdır.
Nəm kətan qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob yoluxması və
toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ±2% qalana qədər qalağın qurudulması davam
edir. Qalağın (tığ) qurudulması qurtaran kimi 2-5 saat müddətinə qalın qatlarda nəmliyin
tarazlaşdırılması üçün soyuq hava üfürülür. Qalaq MB-2,5A taxıldöyəndə daima keyfiyyətə nəzarət
etməklə xırdalanır.
Uzun lifli kətanın ilkin emalı realizə olunan məhsulun növünə görə böyük müxtəlifliyə
malikdir. İsladılmış kətan gövdəsi, onun təmizlənməsi və qurudulmasından ibarətdir. Müasir dövrdə
kətan gövdəsini təsərrüfatlarda döşəmə üçün hazırlanmış yerlərdə sərirlər. Kətan küləşi, (sərilən
kətan küləşi), şehləndirmək və su buxarında işləməklə isladılır.
Əsasən ən yaxşı tədqiq olunmuş üsul, kətan gövdəsinin nazik təbəqədə sərilərək şeh damcı ilə
nəmləndirilməsidir. Gövdənin nəmliyinə müvəffəq olmaq üçün yağıntılar və şehin düşməsi
zəruridir. Bu zaman mikroorqanizmlərin həyat və fəaliyyəti nəticəsində pektin maddələri parçalanır.
Sərmə üsulu ilə hazırlanan isladılmış gövdənin alınması üçün iştirak edən əsas mikroorqanizmlər,
ibtidai göbələklər və bakteriyalardır, onlardan əsas