Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun saxlanmaq üçün hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə71/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   67   68   69   70   71   72   73   74   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun saxlanmaq üçün hazırlanması.
Kombaynla döyüldükdən sonra dən kifayət qədər 
təmizlənməmiş formada və artıq nəmliyə malik ola bilən axım xəttinə daxil olur. Səpin üçün 
qabaqcadan təyin edilmiş belə dənləri, əlavə olaraq işlənilmədən saxlanma yerinə qoymaq olmaz. 
Kombayndan daxil olan dən qalağını növbəti qaydada toxum partiyası formalaşana qədər işləmək 
lazımdır: təmizləmə, qurutma, sortlaşdırma.
Dən qalağını təmizləyərkən digər qatışıqlar çıxarılır: gövdə və yarpaqların hissələri, pulcuqlar, 
kəltən hissəcikləri, alaq otlarının toxumları, xırdalanmış dənlər. Belə ki, qatışıqlar yalnız daha tez 
(tez-tez) yüksək nəmliyə malik olurlar, onda təmizləmə gecikən zaman toxumun saxlanılma şəraiti 
pisləşir, onların öz-özünə qızışması mümkündür və nəticədə cücərmə qabiliyyəti aşağı enir. 
Toxum partiyasında çətin ayrılan qatışıqlar ola bilər ki, bunlar ölçüsünə (miqdarı) və 
aerodinamik xüsusiyyətinə görə bitkilərin təmizlənmiş toxumlarına yaxındır. Onlar toxumun 
sıxlığına və onların səthi xarakterinə görə seçilir. Birinci əlamətinə görə qatışıqları pnevmatik 
çeşidləşdirici maşınlarla (stolda) kənar etmək olar. Toxum təmizləyən şkaflarda və yaxud xovlu 
silindrlərdə toxumlar və qatışıqlar səthlərinin xarakterinə görə ayrılır. Noxudu yaxud gülülü 
vələmirdən yaxud digər dənli bitkilərdən (onları birgə becərərkən) ilanşəkilli toxumtəmizləyəndə 
(zmeyka) yaxşı ayırmaq olur. Səthi hamar olan paxlalı otların yaxud digər bitkilərin toxumlarını 
təmizləyərkən, nahamar (kələ-kötür) səthli alaq toxumları üçün (küsküm otu, dəlicə buğda, çəhrayı 
kəkrə) elektromaqnit maşınlarından istifadə edilir. Təmizlənmiş toxumları qabaqcadan 
toxumtəmizləyən və çeşidləyən maşında işləyirlər. Ot toxumlarını dəmir ovuntusu ilə işləyirlər ki, 
alaq toxumlarının nahamar səthində qalan (tutulan) və maşından buraxan zaman onlar 
elektromaqnit barabanla çəkilib gətirilsin.
Təmizlənmiş toxumlar kondisiya nəmliyinə qədər qurudulmalıdır. Anbar zərərvericiləri və 
göbələk xəstəliklərinin inkişafı mümkün olan, öz-özünə qızışmanı kənar etmək üçün hər hansı bir 
nəm bitki toxumunu anbara töküb saxlamaq olmaz. Günəşli isti havada açıq xırman 
meydançalarında toxumlar tam qurudulur: gecələr toxumlar tığlara yığılır və üzərinə brezent (su 


85 
keçirməyən parça) çəkilir. Sürətlə və daha çox ümidlə toxumları taxılqurudan qızdırılmış və aktiv 
havalanması olan yaxud dəntəmizləyən-quruducu komplekslərdə qurutmaq mümkündür.
Sortlara ayırma – qəbul edilməsi üçün toxumları hazırlamaq məcburidir, Təmizlənmiş onun 
səpin məqsədi ilə seçilmiş iri, ağır kütləli və hamar toxumlar tətbiq edilir. Belə toxumlarda rüşeym 
daha iri, qida maddələrinin ehtiyatı daha çox və müvafiq olaraq tarla cücərməsi yüksəkdir. Bu 
toxumlardan yetişdirilmiş bitkilər daha yaxşı yaşayır və yüksək məhsul formalaşdırırlar. 
Çeşidlənmiş toxumlar müxtəlif diametrli deşikləri və forması olan dənin parametrlərini hesaba 
almaqla xəlbir sistemindən buraxırlar. O toxumlar daha yaxşı hesab edilir ki, onlar optimal ölçülərə 
malik olurlar.
Toxum partiyasında kütləsinə görə müxtəlif tərkibli böyük, xırda, ağır və yüngül dənlər olur. 
Toxumların çeşidlənməsinin əsas məqsədi toxum partiyasından xırda, nahamar və kütləsi yüngül 
olan toxumların kənar edilməsidir. Çeşidləyici maşının köməyi ilə partiyadan səpin keyfiyyətinə 
görə 60-75% daha yaxşı toxum ayırmaq mümkündür. 
Müxtəlif keyfiyyətli toxumlar daha çox qarğıdalı, günəbaxan, pambıq, şəkər çuğunduru kimi 
bitkilərdə müşahidə edilir ki, bunlar punktir yaxud yuva üsulunda enli cərgəli və az norma ilə 
səpilirlər. Bu bitkilər üçün toxumların kalibrlənməsi tətbiq olunur və ya onlar böyüklüyünə və 
formasına görə həmcins fraksiyalara bölünür. Bu üsulun sayəsində hər bir yuvaya lazımi miqdarda 
toxum səpilir, əkin materialının sərfi azalır, əl ilə seyrəldilmə kənar edilir. Lakin kalibrlənmiş 
toxumların başlıca cəhəti ondan ibarətdir ki, onlar bir bərabərdə çıxışlar verir, bunun nəticəsi olaraq 
bitkinin inkişafı və yetişməsi bir bərabərdə gedir ki, bu da məhsuldarlığın yüksəlməsinə səbəb olur. 
Bəzi bitkilərin toxumları kalibrlənir və onları ixtisaslaşmış zavodlarda dərmanlayırlar, səpinə tam 
hazırlanmış və qablaşdırılmış toxum materialı oradan kisələrdə təsərrüfatlara daxil olur. 
Təmizlənmiş, qurudulmuş və çeşidlənmiş kondisiyalı toxumlar saxlanılmaq üçün dezinfeksiya 
edilmiş toxum saxlanan anbara qoyulur. Toxumlar saxlanılan zaman onların zibillənməsi, 
nəmlənməsi, cücərmə qabiliyyətinin aşağı enməsi mümkünlüyü istisna olmalıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin