96
asılı olaraq bir-birindən müəyyən qədər aralı bitkilər ayrılır, nişanlanır
və bütün müşahidələr bu
bitkilər üzərində aparılır. Bunlara müşahidə bitkiləri deyilir. Müşahidə bitkilərinin hər hansı fazaya
10%-ə qədəri keçdikdə fazanın başlanğıcı, 75%-ə qədəri keçdikdə isə tarla həmin fazaya kütləvi
keçmiş hesab edilir. Payızlıq taxıllarda orqanogenezin birinci iki mərhələsi və iki fazası əlverişli
şəraitdə payızda keçir, o biriləri növbəti ilin yazında və yayında, yazlıqlarda isə səpin aparılan ilin
yaz və yayında keçir.
Toxumların
cücərməsi üçün onu əhatə edən, mühitdə kifayət qədər nəmlik, istilik və hava
(O
2
) olmalıdır. Toxumun cücərmə
sürəti onun iriliyindən, endospermində olan qida maddələrinin
miqdarından, dənin qilafının möhkəmliyindən, sortun xüsusiyyətindən və s. şərtlərdən asılıdır.
Dənli taxıl bitkiləri cinslərindən asılı olaraq toxumlarının cücərməsi üçün həmin amillərə müxtəlif
dərəcədə tələbat göstərirlər.
Buğda toxumu öz kütləsinin 47-48%, çovdar 55-65%, arpa 48-57%, vələmir 60-75%,
qarğıdalı 37-44%, darı və sorqo isə 25-38%-i qədər nəmlik qəbul etdikdən sonra cücərirlər.
Müqayisə üçün yada salaq ki, paxlalı bitkilərin toxumlarının şişərək cücərməsi üçün öz kütlələrinin
100-125% -i qədər nəmlik tələb olunur.
Suyun udulmasına mühitin temperaturu, torpaq məhlulunun qatılığı, dənin iriliyi və strukturu
təsir edir. Toxumun şişməsi dövründə daha əlverişli temperatur 10-21
0
C-dir. Duzların qatılığı
yüksək olan torpaqlarda toxumun şişməsi və sonra isə cücərməsi yubanır. Dəni unlu olan buğdalar
və xırda toxumlar, iri və şüşəvarı dənlərə nisbətən suyu sürətlə udurlar, ona görə də bir bərabərdə
çıxışlar almaq üçün səpin materialı bərabər ölçüdə olmalıdır. Pərdəli dənlər çılpaq dənlərə nisbətən
yavaş-yavaş şişirlər. Şişmə zamanı toxumlarda fizioloji və biokimyəvi proseslər gedir. Fermentlərin
təsirindən mürəkkəb kimyəvi birləşmələr (nişasta, zülal, yağ və s.) həll
olunan sadə birləşmələrə
çevrilirlər. Onlar rüşeymin qidalanması üçün həll olunan formaya keçirlər və qalxancıq (sipərcik)
vasitəsi ilə rüşeymə qarışırlar. Rüşeym ilə endosperm arasında yerləşən qalxancıq bu hissəni biri-
birindən ayırır, lakin əsas vəzifəsi toxum cücərən zaman endospermdə olan qida maddələrini
soraraq cücərtiyə ötürməkdir.
D. N. Pryanişnikov müəyyən etmişdir ki, endospermdə olan zülal parçalanaraq amin turşuları,
cüzi miqdarda asparagin və qlutamin əmələ gətirir. Azotlu maddələr, sulu karbonların parçalanma
məhsulları ilə reaksiyaya girərək inkişafda olan rüşeymdə yeni zülalların sintez olunmasına xidmət
edirlər.
Rüşeym qida alaraq sükunət halından aktiv həyat fəaliyyətinə keçir. Toxum cücərməyə
başlayır.
Bu vaxt onlar üçün nəmlik, oksigen və müəyyən temperatur şəraitinin olması zəruridir.
Dənli taxıl bitkilərinin toxumlarının cücərməsi üçün minimal temperatur aşağıdakı kimidir: birinci
qrup taxıllar üçün 1-2
0
C (optimal 15-20
0
C), ikinci qrup taxıllar üçün isə 8-12
0
C (optimal 25-30
0
C). Temperaturun 30-35
0
C-dən daha çox olması toxumun cücərməsinə mənfi təsir göstərir və hətta
onların məhvinə səbəb ola bilər.
Nəmliyin çatışmaması yaxud artıq olması, temperaturun yüksək yaxud aşağı olması, havanın
torpağa zəif daxil olması toxumun cücərməsini ləngidir.
Torpaqda nəmliyin artıq olması, xüsusən ağır torpaqlarda toxumun dərin basdırılması, torpaq
səthində qaysaq əmələ gəlməsi, cücərtiyə oksigenin daxil olmasını
çətinləşdirir, buna görə də
toxumun cücərməsi və çıxışların alınması pisləşir.
Toxumun cücərmə müddəti onun kimyəvi tərkibi ilə də əlaqədardır. Dəndə zülal faizi
çoxaldıqca cücərmə gecikir. Qabığın qalınlığı, sortun xüsusiyyəti də cücərmə müddətinə təsir edir.
V. N. Stepanova görə cücərmənin başlanğıcı ilə çıxış arasında aşağıdakı miqdarda fəal temperatur
(cəmi) tələb olunur.
1.
Buğda, çovdar, arpa, vələmir - 90-100
0
2.
Qarğıdalı, darı, sorqo - 130-140
0
3.
Çəltik - 300-350
0
Dostları ilə paylaş: