3. Kreditin vacib prinsiplərindən biridir – onun ödəncli olmasıdır. Bu o deməkdir
ki, kredit nəinki müəyyən olunmuş müddətdə tam qaytarılmalıdır,
həmçinin kreditdən
istifadəyə görə ödəniş-faiz ödənilməlidir.
Kreditin ödəncli olması borcalana kreditdən səmərəli istifadə etmək məsuliyyəti
aşılayır, onda daxili resursları artırmaq marağı oyadır. O, kreditdən elə istifadə etməyə
çalışmalıdır ki, əldə etdiyi nəticə nəinki kreditin geri qaytarılmasını,
kreditə görə
faizlərin ödənilməsini təmin etsin, həmçinin özünə gəlir gətirsin. Ödənclik kreditor üçün
də xüsusi əhəmiyyət kəsb edir. Kreditor ödənclik əsasında
öz müstəqilliyini və
gəlirliliyini təmin edir, resurslarını artırır.
Bank kreditinə görə faiz stavkaları müəyyənləşdirərkən aşağıdakılar nəzərə
alınmalıdır:
1. Faiz şəklində gəlir gətirən kredit qoyuluşu və digər aktiv əməliyyatların həcmi;
2. Bankın öz müştərilərinə depozit hesablara görə verdiyi orta faiz dərəcəsi;
3. Bankın aktiv əməliyyatları üzrə faiz dərəcəsi;
4. Bankın kredit resurslarının quruluşu;
5. Bank kreditlərinə olan tələb və təklif;
6. Kreditin təminatlığından asılı olaraq risq səviyyəsi;
7. Inflyasiya prosesinin tempi;
8. Istehsalın mövsümlüyü və s.
Kreditin vaxtında və tam qaytarılması şərtlərindən biri də kreditin təminatlı
olmasıdır. Təminatlılıq prinsipi kimi kreditin ödəniş vaxtı
çatarkən kredit
ödənilmədikdə onun ödənilməsini təmin edən faktor başa düşülür. Hal-hazırda
kreditləşmə müştərinin kredit qabiliyyəti əsasında həyata keçirilir. Bu prinsipə görə
kredit ehtiyacı olan müştərilərə deyil kredit qabiliyyətli müştərilərə verilir.
KitabYurdu.az
77
KREDITIN FUNKSIYALARI
Kreditin ilk və əsas funksiyası yenidən bölgü funksiyasıdır. Formasından asılı
olmayaraq bütün hallarda dəyərin yenidən bölgüsü baş verir.
Kredit vasitəsilə
resursların yenidən bölgüsü müxtəlif səviyyələrdə baş verir.
Kreditin ikinci funksiyası həqiqi pulların kredit əməliyyatları ilə əvəzlənməsi
vasitəsilə tədavül xərclərinə qənaət edilməsidir. Müasir iqtisadiyyatda bu cür əvəzlənmə
üçün zəruri şərait mövcuddur.
Kreditin
üçüncü
mühüm
funksiyası
kapitalın
təmərküzləşməsi
və
mərkəzləşməsinin sürətləndirilməsidir. Kredit mexanizminin
vasitəsilə dəyərin
kapitallaşması prosesi daha sürətlə baş verir. Kapitalın təmərküzləşməsinin küclü amili
kimi çıxış etməklə kredit fərdi yığımın hüdudlarını genişləndirir. Kreditin köməyi ilə bir
fərdin kapitalları onlara digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada
kredit fərdi müəssisələrin səhmdar cəmiyyətə çevrilməsi və yeni şirkətlərin yaradılması,
inhisarların və beynəlxalq şirkətlərin meydana gəlməsi amillərindən biridir. Məhz
kapitalın mərkəzləşdirilməsi mexanizmi kimi çıxış etməklə
kredit rəqabətin güclü
vasitəsinə çevrilir.
KREDIT RESURSLARININ MƏNBƏLƏRI
Kredit resursları aşağıdakı mənbələr hesabına formalaşır:
1. Müəssisə, idarə və təşkilatların bankdakı hesablarında
olan sərbəst pul
vəsaitləri;
2. Əhalinin banklarda olan əmanətləri;
3. Sığorta fondlarının sərbəst vəsaiti;
4. Dövlət büdcəsinin və yerli büdcənin sərbəst vəsaitləri;
5. Bankların vəsaiti.
Dostları ilə paylaş: