təminatı 1965-ci ildə, banknotların isə 1968-ci ildə ləğv edilmişdi. 1934-cü
ildə ABŞ
dollarının qızıl məzmunun 1.50463 qramdan 0.888671 qrama qədər azaldılması həm də
ölkədə qiymətlər miqyasının dəyişməsi demək idi.
3. Pul tədavülünün nisbi sabitləşdirilməsi: Məqsəd inflyasiyanın aradan
qaldırılmasıdır ki, bunun üçün çox deflyasiya tədbirlərindən – vergilərin artırılması,
Mərkəzi Bankın diskont dərəcəsinin qaldırılması, bankların kredit əməliyyatlarının
məhdudlaşdırılması, bəzi hallarda pul kütləsinin
bir hissəsinin tədavüldən
çıxarılmasından istifadə edilə bilər.
4. Yeni pul sisteminin yaradılması. Bu dövlət quruluşunun köklü dəyişdirilməsi
ilə əlaqədardır. Məsələn, 1917-ci ildə Rusiyada Oktyabr
çevrilişi ilə bolşeviklərin
hakimiyyətə gəlməsi, Sovet Ittifaqının dağılması, yeni dövlətlərin yaranması və onlarnı
bazar sisteminə keçmək məqsədilə islahatlara başlaması, keçmiş müstəmləkələrin siyasi
müstəqilliyə nail olması.
Pul islahatlarının nə dərəcədə müvəffəqiyyətli olması milli valyutanın sabitliyi ilə
ölçülür. Valyutanın sabitliyinə nail olunmasının dünya təcrübəsindən aşağıdakı üsulları
məlumdur:
a) pulların nullifikasiyası, yəni yüksək inflyasiya nəticəsində dəyərsizləşmiş kağız
pulların dövlət tərəfindən etibarsız elan edilməsi. Metallar dövründə nullifikasiya tam
dəyərli metal pullara yenidən qayıdılması ilə müşayiət olunurdu.
Müasir dövrdə isə
nullifikasiya metal pulların dövriyyəyə buraxılması ilə deyil,
dəyərsizləşmiş kredit-
kağız pulların yeniləri ilə əvvəlcədən müəyyən edilmiş məzənnə əsasında əvəz edilməsi
ilə səciyyələnir. Məzənnə çox aşağı olduqda nullififkasiya faktiki olaraq milli
valyutanın devalvasiyasına uyğun gəlir. Məsələn, 1944-cü ildə Yunanıstanda
nullifikasiya zamanı hər 50 mlrd. köhnə draxma 1 yeni draxma ilə əvəz edilmişdir.
b) milli valyutanın devalvasiysı – yəni xarici
valyutalara nisbətən onun
məzənnəsinin düşməsi.
v) milli valyutanın revalvasiyası, yəni xarici valyutara nisbətən onun
məzənnəsinin qalxması.
Dostları ilə paylaş: