Inflyasiya səciyyəli inkişafın inflyasiya səbəblərinin
və amillərinin təsirin
gücləndirən mənfi iqtisadi və sosial nəticələridir.
Bu nəticələr aşağıdakılardır:
1. Inflyasiya ilk növbədə iqtisadiyyatdakı qeyri-tarazlıqları gücləndirir. Inflyasiya
qiymətlərin ümumi artımı kimi başa düşülürsə də, bu artım iqtisadiyyatın sahə və
bölmələri üzrə qeyri-bərabər baş verir və bir sahələrdə istehsalın
genişlənməsinə,
digərlərində isə onun azalmasına gətirib çıxarır.
2. Inflyasiya kapitalın istehsal sahələrindən tədavül sahələrinə axıb getməsinə
gətirib çıxarır.
3. Işsizliyin artımı.
4. Inflyasiya əhalinin bütün təbəqələrinin gəlirlərinin alıcılıq qabiliyyətini aşağı
salır. Bu ilk növbədə real əmək haqqının və əməkçilərin bütün gəlirlərinin azalması
deməkdir. Bu proses işsizliyin artması nəticəsində daha da güclənir.
5. Istehlak tələbinin quruluşundakı dəyişikliklər. Aztəminatlı təbəqələr ərzaqın
xeyrinə özlərinin qeyri-ərzaq istehlakını azaldır.
6. Istehlak tələbinin quruluşundakı bu cür məzmunca dəyişikliklərin
mümkünlüyü inflyasiyanın növbəti nəticələrinə səbəb olur: gəlir və kapitalların əhalinin
daha təminatlı təbəqələrinin xeyrinə köklü şəkildə yenidən bölüşdürülməsi.
7. Sosial vəziyyətin gərginləşməsi.
8. Dövlət maliyyəsinin böhranı.
9. Pul-kredit sisteminin fəaliyyətinin pozulması.
10. Ölkənin xarici-iqtisadi mövqelərinin pisləşməsi.
Inflyasiyanın yuxarıda göstərilən bütün nəticələri milli iqtisadiyyatın
zəifləməsi
deməkdir. Bu hal xarici iqtisadi sahədə də özünü göstərir.
INFLYASIYANIN TƏNZIMLƏNMƏSININ ƏSAS ISTIQAMƏTLƏRI
Inflyasiyanın şərti olaraq tələb inflyasiyasına və xərclər inflyasiyasına ayrılması
ilə əlaqədar antiinflyasiya tədbirləri iki istiqamətdə həyata keçirilir:
KitabYurdu.az
68
1. Deflyasiya – tələb inflyasiyasına qarşı yönəlmiş, pul-kredit və vergi
mexanizmləri vasitəsilə dövlət xərclərinin müəyyən maddələrini
və dövlət büdcəsi
kəsirini azaltmaq, kredit faizlərini qaldırmaq, vergiləri artırmaq, pul kütləsinin artımını
məhdudlaşdırmaq və digər yollarla pullu tələbin məhdudlaşdırılmasına istiqamətlənən
tədbirləri əhatə edir.
2. Gəlirlər siyasəti – xərclər inflyasiyasına qarşı yönəlmiş,
paralel şəkildə
qiymətlərin və əmək haqqının artmasının məhdudlaşdırılmasına, milli valyutanın
məzənnəsinə nəzarət olunmasına, inhisarların qiymətqoyma fəaliyyəti ilə mübarizəyə
istiqamətlənən tədbirləri əhatə edir. Qiymətlərə və əmək haqqına paralel nəzarət və ya
onların tam dondurulması, ya da onların artımının yalnız əvvəlcədən müəyyən edilmiş
hədlərdə baş verə bilməsi şəklində həyata keçirilir.
Inflyasiya ilə mübarizə üsulları birbaşa və dolayısı üsullara ayrılır.
Pul vahidinin alıcılıq qabiliyyətinin tənzimlənməsinin,
yəni inflyasiya ilə
mübarizənin birbaşa üsullarına aiddir:
1. Kreditlərin və deməli pul kütləsinin dövlət tərəfindən tənzimlənməsi;
2. Qiymətlərin dövlət tənzimlənməsi;
3. Həmkarlar təşkilatları ilə razılaşma əsasında əmək haqqının dövlət
tənzimlənməsi;
4. Xarici ticarətin, kapital idxal və ixracının,
valyuta məzənnəsinin
tənzimlənməsi.
Inflyasiya ilə mübarizənin dolayı üsulları aşağıdakıları əhatə edir:
1. Mərkəzi Bank tərəfindən banknot emissiyasının idarə edilməsi vasitəsilə pul
kütləsinin tənzimlənməsi;
2. Bankların tətbiq etdikləri faiz dərəcələrinin Mərkəzi Bank tərəfindən
tənzimlənməsi;
3. Kommersiya banklarının məcburi ehtiyatlarının tənzimlənməsi;
4. Mərkəzi Bankın açıq bazarda qiymətli kağızlarla əməliyyatlarının keçirilməsi.
Dostları ilə paylaş: