Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə49/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
61


ödənişdən tam və ya qismən imtina edə bilər. Tam imtina təqdim olunarsa ödəmə 
tələbnaməsi ödənilmədən geri qaytarılır. Qismən imtina zamanı isə ödəmə tələbnaməsi 
üzərindəki məbləğdə bank tərəfindən düzəliş edilir və ödəniş məbləği rəqəmlə 
göstərilir. Hər iki halda ödəmə tələbnamələrinin tam və ya qismən ödənilməsi təqdim 
olunmuş imtina sənədləri əsasında aparılır. Ödəmə tələbnaməsi-tapşırığının mənfi 
cəhəti ondadır ki, ödənişə təminat verilmir. 
Nağdsız hesablaşmaların bir sıra üstünlükləri vardır. Belə ki, nağdsız 
hesablaşmaların aparılması üçün müəsssisə və təşkilatların pul vəsaitləri bankdakı 
hesablarda saxlanılır. Bu zaman hesabda olan sərbəst pul vəsaitlərini bank ehtiyacı olan 
hüquqi və fiziki şəxslərə kreditə verir, bunun da nəticəsində vəsaitdən səmərəli istifadə 
edilir. Bundan başqa, pul vəsaitlərinin hesablarda sərbəst qaldığı müddət üzrə onun 
sahibinə ödəniş verilir.
MÖVZU 5 
 
INFLYASIYA VƏ PUL ISLAHATLARI 
1.
Inflyasiya anlayışı. Inflyasiyanın səbəb və amilləri. 
2.
Inflyasiyanın növləri və təzahür formaları 
3.
Inflyasiyanın iqtisadiyyata təsiri.
Inflyasiyanın tənzimlənməsinin əsas istiqamətləri. 
KitabYurdu.az 
62


4.
Pul islahatlarının mahiyyəti və növləri. 
5.
Denominasiya, pul sistemində qismən dəyişikliklər. 
6.
Valyutanın sabitliyinə nail olunmasının dünya təcrübəsindən 
məlum olan üsulları. 
KitabYurdu.az 
63


INFLYASIYA ANLAYIŞI 
INFLYASIYANIN SƏBƏB VƏ AMILLƏRI 
«Inflyasiya» latın mənşəlidir və «şişmə», «köpmə» mənasını verir. Belə hesab 
edilir ki, iqtisadi anlayış kimi inflyasiya sözü ilk dəfə qızıl və pul tarixi üzrə mütəxəssis 
A.Delmar tərəfindən 1864-cü ildə tətbiq olunub. Ingilis dilindən bu söz digər dillərə də 
keçmişdir. Azərbaycan dilinə inflyasiya sözü rus dilindən keçmişdir. Lakin bir hal kimi 
inflyasiya iqtisadi anlayışın özünün meydana gəlməsindən əvvəl məlumdur. 
Uzunmüddətli nisbi sabitlik dövründən sonra 1500-cu ildən başlayaraq Avropada 
Amerikadan gələn qızıl və gümüş axını nəticəsində qiymətlər səviyyəsi sürətlə 
qalxmağa başladı. Təxminən 1600-cu ilə kimi qiymətlər 3-5 dəfə artmışdır. Iqtisad 
elmləri klassikləri bu dövrü qiymətlər inqilabı dövrü adlandırmışlar. Sonradan 
inflyasiya dəfələrlə, xüsusilə böyük siyasi, hərbi, iqtisadi və ictimai sarsıntılar, təbii 
bəlarar dövrlərində əmələ gəlmişdir. Lakin XX əsrə qədər inflyasiya heç vaxt daimi 
səciyyə daşımamışdır.
Inflyasiya böyümə deməkdir, yəni ümumilikdə qiymətin artması, iqtisadiyyatın 
inkişafında kağız pulun dəyərdən düşməsi kimi qiymətləndirilir. Hər halda inflyasiya 
sözü deyəndə, onunla paralel kağız pul məfhumu ortaya çıxır. Kağız pul olmayan yerdə 
inflyasiya mümkün deyildir. Məşhur iqtisadçı Milton Fridmanın bir yaxşı sözü var. O 
qeyd edirdi ki, inflyasiya hər yerdə və hər zaman pul fenomenidir. Yəni kağız pul ilə 
əlaqədar olan bir işdir və təbii ki, nəzəriyyəçilik tərəfindən də inflyasiyanın pul 
fenomeni olması təsdiqlənmişdir. Inflyasiya haqqında bir neçə tarixi təcrübəyə nəzər 
salaraq bəzi faktları araşdırmaq faydalıdır. Hələ yaxın vaxtlarda Braziliyada güclü 
inflyasiya prosesləri baş verdi. Bu ağrılı proses uzun müddət, yəni 7-8 il davam etdi və 
nəhayət 1994-cü ildən 1995-ci ilə keçid dövründə bu məsələ həll olunaraq tədricən 
böyük inflyasiyaya son qoyuldu.
Braziliyada böyük inflyasiya vaxtı Yaponiya şirkətlərindən biri televizor satışında 
belə bir yoldan istifadə etdi. Reklam vasitəsi ilə elan verdi ki, bu il televizor alan bütün 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin