Kredit vasitəsilə hərəkəti müvəqqəti olaraq dayanmış dəyər yeni
sahibə keçməklə
öz hərəkətini bərpa etmiş olur. Bununla bərabər kreditorla borcalan arasında hərəkət
edən dəyər təkrar istehsal prosesini sürətləndirmək qabiliyyətinə yiyələnir.
Kredit
vasitəsilə hərəkət edən dəyər təsərrüfat fondlarının fasiləsiz dövranı üçün zəmin yaradır,
onların hərəkətində boşdayanmaları aradan qaldırır və son nəticədə təkrar istehsal
prosesini sürətləndirir.
Kredit münasibətləri zamanı tərəflər müəyyən prinsiplərə əməl etməlidirlər:
1. Kreditin qaytarılmalı olması onun mahiyyətindən irəli gəlir, yəni verilən vəsait
geri qaytarılmalı
olmasa o, heç vaxt kredit adlanmazdı. Bir iqtisadi kateqoriya kredit
əmtəə-pul münasibətlərinin digər iqtisadi kateqoriyalarından
bu xüsusiyyəti ilə
fərqlənir. Bazar münasibətləri şəraitində bu xüsusiyyət daha kəskin xarakter daşıyır.
Kreditin qaytarılmalı olması borc alana və borc verənə ciddi maddi məsuliyyət aşılayır.
2. Qaytarılma məfhumu mücərrəd xarakter daşıdığından kreditləşmə prosesində
bu məfhum daha dəqiqləşdirilir. Yəni kredit müddətlilik prinsipi əsasında
həyata
keçirilir. Bu o deməkdir ki, kredit konkret
müəyyən olunmuş müddətlərdə
qaytarılmalıdır. Müddətlilik prinsipi onu tələb edir ki, borc vəsaiti borc alanın
dövriyyəsində müəyyən müddət iştirak etməlidir və bu müddət başa çatdıqdan sonra o
geri qaytarılmalıdır.
Müddətlilik – yəni borcun əvvəlcədən müəyyən
edilmiş müddətdə geri
qaytarılması – borcun səmərəli istifadə olunduğunu göstərir. Kreditin müəyyən olunmuş
müddətdə geri qaytarılmaması əsassız olaraq müəssisənin dövriyyəsində borc vəsaitinin
iştirakından xəbər verir və pul tədavülünə mənfi təsir göstərir.
Bankların kommersiya prinsipləri əsasında fəaliyyət göstərdiyi bir şəraitdə bu
prinsipin əhəmiyyəti daha da artır. Kreditin ödənilmə müddəti tərəflər arasında başlanan
müqavilədə əks olunur. Müddətlilik prinsipinə əməl etməyən
borc alanlara iqtisadi
sanksiyalar tətbiq olunur.
Dostları ilə paylaş: