Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
10 a)
yarımsəhra (Kür-Araz çökəkliyi);
b) quru çöl (450-500 m. -d
ən 1200 m. -ə qədər hündürlük);
c)
dağ-meşə (600 m. -dən 2000 m. -ə qədər olan hündürlüklü
dağlıq hissələr);
ç) alp ç
əmənlik (2000-3000 m. hündürlüklü sahə).
Stratiqrafiya: Az
ərbaycanın geoloji quruluşunda Fanerozoy
eonotemin Paleozoy, Mezozoy v
ə Kaynozoy eratemlərinin
çöküntü, püskürm
ə və metamorfik süxurları iştirak edirlər.
Qafqazın Böyük Qafqaz dağları hissəsi miogeosinklinal inkişaf
m
ərhələsi keçmişdir. Böyük Qafqazın geoloji quruluşunda, əsas
etibaril
ə, normal dəniz çöküntüləri iştirak edirlər. Kiçik Qafqaz
evgeosinklinal inkişaf mərhələsi keçmiş və geoloji quruluşunda
püskürm
ə, püskürmə-çökmə (piroklastik), qismən isə çökmə
süxurlar iştirak edirlər.