Pedaqogikanın ümumi əsasları Plan


Nəzarətsiz televiziya verilişləri



Yüklə 176,29 Kb.
səhifə130/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   141
Nəzarətsiz televiziya verilişləri. Əslində müasir həyatda tərbiyə işinə mənfi təsir göstərən ən qorxulu vasitə pedaqoji nəzarətdən, tamamilə təcrid olunmuş televiziya verilişləridir. Kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvindən sonra, bu sahədə də demokratiyanın anarxiya kimi başa düşülməsinə şərait yarandı, səviyyəsiz, milli əxlaqımıza yabançı mövzular, verilişlər, şoular, filmlər meydana gəldi. Müxtəlif telekanallar açıldı, müasir texniki vasitələrin köməyi ilə dünyanın istənilən ölkəsinin çox müxtəlif məqsədlərlə yayımlanan telekanallarına baxmaq imkanı yarandı. Bütün bunlar hər gün vaxtının çoxunu ekran qarşısında keçirməkdən başqa məşğuliyyəti olmayan insanların tərbiyəsinə mənfı təsir göstərməyə bilməz. Yad təsirlərdən mümkün qədər uzaq olmağı, uşaqlarını öz soyuna uyğun ruhda tərbiyə etməyi üstün tutan ailə belə, özü də bilmədən televiziya vasitəsilə zərərli təsirləri evinə, ocağına dəvət etmiş olur.Yüksək ixtisas səviyyəsinə malik telejurnalistlərin azlığından, insanların populyarlığa, yüngül, tez, asan, düşünülmədən qavranılana daha tez meyl etmə psixologiyasından istifadə edən telekanallar ekranı necə gəldi verilişlərlə doldurarkən milli ruhu, milli şüuru formalaşdırmaq kriteriyasına təsadüfdən-təsadüfə müraciət etməyə məcburdurlar. İstənilən telekanalın (hələ biz əcnəbi kanalları demirik) bir günlük proqramını nəzərdən keçirsək, milli tərbiyə sisteminin, eləcə də bu sistemin ən zəruri həlqəsi olan ailə tərbiyəsinin kəskin sarsıntılar keçirməsində televiziyanın oynadığı rolu aydın dərk edə bilərik.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin