Pedaqogikanın ümumi əsasları Plan


Tərbiyənin müasir problemləri



Yüklə 176,29 Kb.
səhifə132/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   ...   141
Tərbiyənin müasir problemləri

Plan:

  1. Müasir məktəbdə tərbiyə işinin vəziyyəti

  2. Mövcud tərbiyə sistemindəki çatışmazlıqların səbəbləri

  3. “Tərbiyə konsepsiyaları” anlayışı

ƏDƏBİYYAT:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s. 241- 247

2.Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı, “Elmvə Təhsil”, 2016, 456 s.
1. Bu gün məktəb cəmiyyətin əxlaqi dayağı, yeniləşmənin qarantı sayılır. Amma dünyanın sosial, iqtisadi, siyasi baxımdan qeyri-stabil olduğu müasir dövrdə məktəb üzərinə düşən vəzifələri tam yerinə yetirə bilmir:


danışılan fasiləsiz təhsil sistemi də yalnız daimi əqli təhsili əsas götürür. Tərbiyə isə öz-özünə baş verən, həyata kecən, təlimə köməkçi proses kimi başa düşülür.

- qərb praqmatizminin təsiri altında təhsilin məqsədi də deformasiyaya uğrayır. Iş güzarlığı təminedən, tez bir zamanda müvəffəqiyyət gətirən biliklər qazanmağı üstün tutan gənclər ücün qazanc gətirən hər bir hərəkət, iş, əməl əxlaqi hərəkət sayılır.

- bəzən yenilik adı altında uşağı pedaqoji prosesin əsas aparıcı subyekti, müəllimi isə uşaqla İKT arasında vasitəci və ya təlim məsləhətcisi hesab edirlər.

- bəzən iqtisadiyyatın tətbiqindəki çatışmazlıqlar, cəmiyyətin social əlamətə görə təbəqələşməsinin şərtləşdirilməsi şagirdlər arasında da dəyərlərə yanlış münasibət formalaşdırır. Əməyin insan həyatındakı rolu əxlaqi görüşlərlə üst-üstə düşmür.

- bir cox ailələr pullu təhsilin imkanlarından istifadə edə bilmədiklərindən, sosial ədalət prinsipi pozulur, şəxsiyyətin sosiallaşmasında ilkin şərtlər qeyri-bərabər olduğun­dan məktəblilərin böyük əksəriyyətinin cəmiyyət haqda baxışlarını idarə etmək çətinləşir.

- ailənin rolu dəyişir. Yüksək təminatlı ailələrdə tərbiyəvi təsirlər xarakterini dəyişir. Indi ailə iqtisadi, pedaqoji və demoqrafik funksiyalarını yerinə yetirə bilmir.

Bütün bunlara görə indi təhsil müəssisəsinin qarşısında yeni vəzifələr qoyulur: böyüyən nəslin bir fərd, bir subyekt kimi, bir şəxsiyyət və bir fərdiyyət kimim inkişafı prosesini idarə etməyə qabil olan məqsədyönlü tərbiyə işinin həyata kecirilməsi. Uşağın inkişafı prosesini idarə ermək - şəxsiyyətin inkişafı üçün lazımi şərait yaradılmasını, insanın mahiyyətini təşkil edən bioloji və sosial amillərin optimal qarşılıqlı əlaqəsini, sosiallaşma, tərbiyə və özünütərbiyənin vəhdətinin təmin edilməsini nəzərdə tutur. Burada əsas pedaqoji şərt mənfi təsirlərin neytrallaşması və şəxsiyyətin özünütəsdiqini stimullaşdıran amillərin gücləndirilməsidir.

2. Müasir dövrdə şəxsiyyətin inkişafı probleminin müvəffəqiyyətli həlli gənclərin qarşılaşdıqları bir sıra çətinliklərin hesablanması ilə bağlıdır:

- gənclərin mükəmməl dünyagörüşünə yiyələnməsi. Həyata baxış fəlsəfəsinin real-elmi əsaslarda qurulması böyüyən nəslə həyatın mənasını anlamaqla, onu qiymətlən­dir­məyi bacarmaqla öz gələçəyini düzgün planlaşdırmaq vəreallaşdırmaqda köməklik edir.

- şagirdləri bəşəriyyətin hazırlamış olduğu mədəni sərvətlərə yiyələndirmək, mən­sub olduğu xalqın mədəni və mənəvi dəyərlərinə sahib çıxmaq, onu qorumaq və yaradı­cı­lıq­la zənginləşdirmək ruhunda tərbiyə etmək

- hər bir uşağın təbiiimkanları vəyaradıcılıq potensialını aşkara çıxararaq, onları fəaliyyətin bu və ya digər sahəsində reallaşdırmaq.

- ruhən azadlığın təmini, öz hərəkətlərini qiymətləndirmək və nizamlamaq qabiliyyətinin, şəxsi ləyaqətin, özünə hörmətin inkişaf etdirilməsi.

- sosial və vətəndaşlıq məsuliyyəti formalaşdırılması və inkişaf etdirilməsi.

- əməyə müsbət münasibət, təşəbbüskarlıq, sahibkarlıq, işgüzarlıq, müxtəlif işgüzar münasibətlərdə düzgünlük və məsuliyyət keyfiyyətlərinin tərbiyə edilməsi.

- sağlam həyat tərzinə olan tələbatın, ailəcanlı olmaq, xoşbəxt yaşamaq bacarığının inkişaf etdirilməsi.

Tərbiyə sistemini hazır şəkildə məktəbə gətirmək, bütün ölkə üçün trafaret qayda­lar və üsulllarla işləyəçək vahid tərbiyə sistemi barədə sərəncam vermək olmaz. Tərbiyə sistemi konkret şəraitdən, uşaq və böyüklərin real tələbatlarından asılıdır. Buna görə də nəinki ayrı-ayrı ölkələrdə, hətta ölkənin ayrı-ayrı regionlarında, bir azda dəqiqləşdirilsə, müxtəlif məktəblərdə fərqli ola bilir. Bütün məktəblər üçün tərbiyə sistemindəki vahidlik isə onların hər birinin şəxsiyyətin inişafına istiqamətləndirilməsİdir.

İnsan öz hərəkətlərini, mövqeyini, davranışını müstəqil şəkildə və məsuliyyətlə seçə­rək həyatda özünütəsdiqə qabil olan bir şəxsiyyət kimi formalaşdırılmasını təmin etmək üçün yuxarıda sadalanan çatışmazlıqlardan kənar, yeni bir tərbiyə sistemi lazımdır. Bundan ötrü isə artıq ölkəmizdə getdikcə daha ciddi xarakter alan, yeni metodoloji əsas­lar yaradılmasına başlanılmışdır. Bu yeni metodoloji əsaslardan biri - yeni tərbiyə kon­sep­si­ya­ları ola bilər.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin