Konsepsiya- hadisə və proseslərin dərkedilməsini müəyyən edən baxışlar sistemidir.
Tərbiyə konsepsiyalarıdedikdə -tərbiyənin məqsədi, məzmunu, metod və vasitələri barədə bu və ya digər dərəcədə formalaşmış təsəvvürlər, baxışlar sistemi başa düşülür.
Elmi pedaqogikanın mövcudluğu boyu bir neçə tərbiyə konsepsiyası olmuşdur:
Sosial yönümlü tərbiyə konsepsiyaları cəmiyyətin, siyasi partiyaların, dini qurumların, millətlərin sosial sifarişinə istiqamətlənmiş olur. Bu konsepsiya tərəfdarları tərbiyəni həyati situasiyalarla, stimullarla cəmiyyət tərəfindən bəyənilən reaksiyalar formalaşdırılmasıvasitəsi kimi başa düşürlər. Biheviorizm, neobiheviorizm,materialist -B.F.Skinner
Fərdi yönümlü tərbiyə konsepsiyaları sosial mənsubiyyətindən, dinindən, maddi vəziyyətindən asılı olmayaraq uşaqların maraq və qabiliyyətlərinə əsaslanmağa üstünlük verir. – J.J.Russo, L.N.Tolstoy (pedosentrizm, eksiztensializm)
Həyat yönümlü tərbiyə konsepsiyaları tərbiyənin məqsədini uşağın real həyata hazırlanmasında, praktik həyati məsələlərin həlli yollarını öyrənməsində görürlər. (praqmatizm, nepraqmatizm, qeyri-müəyyənlik fəlsəfəsi)