Təlim-tərbiyə işləri üzrə direktor müavini. Məktəbdə olan siniflərin sayına görə direktor müavinləri müəyyən edilir. Əgər siniflərin sayı 22-yə qədərdirsə, bir, 23-29-dursa, 1,5, 30-dan yuxarıdırsa 2 ştat direktor müavini təyin olunur.
Təlim-tərbiyə işləri üzrə direktor müavini ən azı üç il pedaqoji ştata malik, ali təhsilli, ən yaxşı müəllimlərdən seçilir. Təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbdə təlim-tərbiyə işlərinin düzgün təşkilinə, tədris proqramlarının yerinə yetirilməsinə cavabdehdir; təlim-tərbiyə işlərinin qoyuluşuna, şagirdlərin mənimsəmə və davranışına nəzarət edir; məktəb pedaqoji işcilərini təlimatlandırır, şagirdlərin tədris yükünü nizamlayır, dərs cədvəli tutur və təlim-tərbiyə işlərinin vəziyyəti barədə hesabat hazırlayır. Əgər direktor müavini ikidirsə, direktor onlar arasında vəzifə bölgüsü aparır.
Dostları ilə paylaş: |