Pedaqogikanın ümumi əsasları Plan


Metodikin işin vəzifələrinə



Yüklə 176,29 Kb.
səhifə138/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   133   134   135   136   137   138   139   140   141
2. Metodikin işin vəzifələrinə təlim məşğələlərinin səmərəliliyinin və keyfiyyəti­nin artırılması, metodikasının təkmilləşdirilməsi, təhsil prosesinintəşkilinin və təmin edilməsinin təkmilləşdirilməsi aid edilir. Ibtidai sinifdə ən azı üç nəfər müəllim olduqda siniflər üzrə sinif metodbirləşmələri yaradılır, üç nəfərdən az olduqda I-IV siniflər üçün bir metodbirləşmə təşkil olunur. V-XI siniflərdə fənn metodbirləşmələri, komissiyaları ixtisasca eyni olan müəllimləri əhatə edir. Eyni fəndən müəllimin sayı üç nəfərdən az olduqda metodbirləşmə ixtisasca yaxın olan müəllimləri birləşdirir. Məsələn, fizika-riyaziyyat, dil-ədəbiyyat və s.

Metodbirləşmənin hər birinin tərkibi maksimum 3-5 müəllimdən ibarət olur. Məqəsəduyğun olaraq metodbirləşmələr böyük məktəblərdə və ya 2-3 məktəbin müəllimlərini birləşdirən yerlərdə də yaradıla bilər. Metodbirləşmənin mahiyyətini aydınlaşdıraq. Metodbirləşmələrdə təkcə kiçik məsələlər, yəni ayrı-ayrı mövzuların aydınlaşdırılması deyil, daha iri, aktual məsələlərə də baxılmalıdır. Məsələn, tədris olunan elm sahəsində yeni tədqiqatların yekunları ilə tanış olmaq, işin metodiki priyomları, təlimin texniki vasitələrinin öyrənilməsi, müəllimlərin öz fəaliyyətlərinin nəticələri barədə məruzə və məlumatların dinlənilməsi və s. müzakirə olunmalıdır. Metodiki formalardan biri də elmi-nəzəri konfransların və pedaqoji oxunun keçirilməsidir. Məktəbdə metodiki işin bir qolu da qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, onun praktikada tətbiq edilməsinin təşkilidir. Bu işdə məktəbin rəhbəri başlıca rol oynayır. Qabaqcıl pedaqoji təcrübəni öyrənməklə yanaşı, məktəbin direktoru onu yaymağı bacarmalıdır. Qabaqcıl pedaqoji təcrübəni yaymağın aşağıdakı metodları vardır:



  1. şifahi təbliğat: qabaqcıl təcrübəni öyrənmiş müəllimin və ya hər hansı şəxsin metodbirləşmələrdə, pedaqoji şuralarda, seminarlarda, konfranslarda, pedaqoji qiraətlərdə çıxışlarını təşkil etmək.

  2. qabaqcıl təcrübənin ən təsirli və səmərəli yayılma metodu dərslərdə və sinifdənxaric tədbirlərdə iştirak etməkdən, planlarla, icmallarla, didaktik materiallarla, müəllimin və şagirdlərin dəftərləri və digər növ işləri ilə tanış olmaq yolu ilə qabaqcıl təcrübəni nümayiş etdirmək.

  3. qabaqcıl təcrübənin yayılmasının metodlarından biri də əyani təbliğatdır. Yəni daim fəaliyyət göstərən sərgilərin, metodik güşələrinin və s. təşkilidir. 172

P.3. Məktəbdaxili nəzarət. Təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltməyin ən mühüm şərtlərindən biri də məktəbdaxili nəzarətin düzgün təşkil edilməsidir. Nəzarəti həyata keçirməklə məktəbin rəhbərləri tədrisin, tərbiyə işinin, proqramın həyata keçirilməsinin, biliklərin səviyyəsinin, şagirdlərin inkişafının və tərbiyəliliyinin, müəllimlərin fərdi pedaqoji ustalığının vəziyyətini öyrənir və onun əsasında təlim-tərbiyə prosesinə rəhbərliyin səmərəliliyini təmin edirlər. Pedaqoji nəzarət işdə nöqsanlar axtarmaq deyil, müəllimlərin ixtisasını artırmaq, onların xüsusi biliklərini və pedaqoji ustalığını təkmilləşdirməkdir. Elmi əsaslarla rəhbərliyin mahiyyəti bundan ibarətdir. Pedaqoji nəzarət sistemi müəyyən didaktik tələblərə arxalanır. Nəzarət iki cür aparılır: frontal və tematik nəzarət. Tematik nəzarət tədris ili ərzində yoxlanılaçaq obyektin müəyyən elementini əhatə edir. Frontal nəzarət ildə 2-3 dəfədən tez olmamaq şərti ilə aparılır Və eyni obyektin bütün tərəflərinin yoxlanılmasını əhatə edir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin