Pedaqogikanın ümumi əsasları Plan


Təlimin söz üsullarına bunlar aiddir



Yüklə 176,29 Kb.
səhifə41/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   141
Təlimin söz üsullarına bunlar aiddir: -müəllimin şərhi, - müsahibə, - təlimat.

Müəllimin şərhi – təlim materialının ardıcıl, sistemləşdirilmiş, emosional şəkildə təhkiyyə yolu ilə şagirdlərə təqdim edilməsidir. Müəllimin şərhi üsulunun növləri bunlardır: -müəllimin nəqli, - müəllimin izah, - məktəb mühazirəsi.



  • müəllimin nəqli – fakt və hadisələrin mahiyyətini və başvermə ardıcıllığını şifahi şəkildə şagirdlərə çatdırmaq, təsəvvürlər forma-laşdırmaqdır;

  • müəllimin izahı – öyrəniləcək materialın mahiyyətini, əlaqə və asılılıqlarını aydınlaşdırmaqdır;

Müəllimin şərhinin eləçədə bütün təlim üsullarının müvəffəqiyyəti müəllimin nitqindən əhəmiyyətli dərəcədə asılıdır. Müəllimin nitqinə bir sıra tələblər verilir: nitq sadə və aydın olmalıdır, nitq ədəbi olmalıdır, nitq tempi nə cox asan, nə də cox sürətli olmalıdır, nitq emosional olmalıdır,nitq zamanı məntiqi vurğulardan istifadə olunmalıdır, nitq zamanı uyğun üz ifadəsi (mimika) və əl-qol hərəkətlərindən (pantomimika) istifadə edilməlidir.

Müsahibə - təlimdə sual-cavab üsuludur.Müsahibənin tətbiqi bu ardıcıllıqla aparılır:--şagirdlərin dərs prosesinə hazırlanması, yeni materialla tanışlıq;, biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsi, biliklərin mənimsənilməsinə nəzarət və diaqnostika.




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin