Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə44/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   141
4. Təlimin praktik üsulları  Təlimin praktik üsullarının əsas didaktik vəzifəsi qazanılmış bilikləri bacarıq və vərdişlərə cevirməkdir. Praktik üsullara aşağıdakı fəaliyyətlər aiddir: - çalışmalar, -laborator məşğələlər, -praktik işlər, -didaktik oyunlar.

Çalışmalar  Çalışmalar bacarıq və vərdişlərin yaradılması və keyfiyyətinin artırılması üçün eyni hərəkətin planlı və mütəşəkkil surətdə dəfələrlə təkrarına əsaslanır. Çalışmaların növləri: Şifahi çalışmalar, Yazı işləri, qrafiklər, bədən tərbiyəsi, çalışmaları

Yazı işlərinə aiddir: üzdənköçürmə yazıları, tətbiqetmə yazıları, yaradıcılıq yazıları

Qrafik işlərinə aiddir: dioqram qurmaq ,sxem çəkmək,cədvəl çəkmək , xəritə çəkmək, cizgi çəkmək

Bədən tərbiyəsi çalışmalarına aiddir: idman hərəkətləri, hərəki vərdişlər və oyun bacarıqları

Çalışmaların səmərəlilik şərtləri bunlardır: - çalışmalar sistemi uşaqda bütün zəruri keyfiyyətlərin inkişafına və möhkəmlənməsinə xidmət etməlidir, müəyyən vərdişlər yaratmaqdan ötrü çalışmaların kifayət qədər təkrar tətbiqi təmin edilməlidir;çalışmalar münasib formada və müddətdə verilməlidir.

Laborator məşğələlər müəllimin rəhbərliyi altında şagirdlərin müstəqil surətdə müşa­hi­dələr, təcrübələr, bəzən eksperimentlər aparmağına əsaslanır. Laborator məşğə­lələrin əhəmiyyəti ondan ibarətdir ki, biliklər şüurlu mənimsənilir, daha möhkəm olur, şagirdlərdə praktik bacarıq və vərdişlər yaranır , müstəqillik və fəallıq formalaşır.



Praktik işlər – bilik və bacarıqların möhkəmləndirilməsi, əməli vərdişlərin formalaş­dı­rıl­masına əsaslanır. Praktik işlərin mərhələləri bunlardır: müəllimin giriş izahı, təlimat, nümunə, işin gedişi, nəzarət


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin