Pedaqogikanın ümumi əsasları Plan


Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi



Yüklə 176,29 Kb.
səhifə87/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   141
2. Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi

  • Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın.

Məktəb konkret şagirdlər deməkdir, onların öz sevincləri, həyat haqqında öz təsəvvürləri vardır. Buna görə müəllim şagirdləri tanımalı, onların zəif cəhətlərini bilməli, yaxşı cəhətlərini görməli və işin xeyrinə istiqamətləndirməyi bacarmalıdır. Şagirdlər sinifdən-sinifə keçdikdə, bir yaş dövründən o biri yaş dövrünə daxil olduqca tərbiyə işinin məzmunu, forma və metodları da dəyişir. Şagirdlərə bu və ya digər tələb verilərkən, onlarla bu və ya digər tərbiyəvi tədbir keçirərkən onların anatomik-fizioloji inkişafı, yaş xüsusiyyətləri, cinsi, fərdi fərqləri nəzərə alınmalıdır. Ibtidai siniflərdə müəllim şagirdlərin bütün həyatının, fəaliyyətinin təşkilatçısı kimi çıxış edirsə, yeniyetməlik və ilk gənclik dövründə şagirdlər müstəqil hərəkət edirlər. Bu yaş dövrlərində müəllim, tərbiyəçi yaxın bir dosta, məsləhətçiyə çevrilir, şagirdləri müstəqil işləməyə, yaradıcılığa, öz mənliyini, özünü dərk etməyə yönəldir. Bu prinsip “tərbiyədə yaş, fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması” qanununa əsaslanır.

Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin