Tərbiyəvi stiuasiyalar dedikdə - prosesinin xüsusi olaraq təşkil edilmiş şəraitdə aparılması başa düşülür.
P.4. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları.Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür. Stimullaşdırma üsulunun növləri
1/ rəğbətləndirmə 2/ cəzalandırma 3. yarış
Rəğbətləndirmə-Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsi rəğbətləndirmə adlanır. Rəğbətləndirmə tədbirləri: tərifləmə, təşəkkür , mükafat təltif
Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir.
Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir.
Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir.
Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir.
Cəzalandırma -Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsi cəzalandırma adlanır. Cəzalandırma tədbirlərinə bunlar aiddir:
-danlamaq; ayaq üstə saxlamaq; xəbərdarlıq etmək; irad tutmaq; töhmət vermək, dərsdən sonra saxlayıb tapşırığı icra etdirmək; paralel sinfə köçürmək; başqa məktəbə köçürmək. məktəbdən xaric etmək.
Rəğbətləndirmə və cəzalandırma üsullarının səmərəliliyini artırmağın şərtləri a-lardır:
rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır;
rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd gözlənilməlidir;
rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımamalıdır;
rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və səbəbi uşağa aydın olmalıdır;
rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda daha səmərəli olur;
ibtidai siniflərdə hədd gözlənilməklə mümkün qədər çox rəğbətləndirib, daha az cəzalandırma tətbiq etmək lazımdır.
Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq təlabatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur.