Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə97/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   141
Mənəvi və əxlaqi tərbiyə

Plan:

  1. Mənəvi tərbiyənin mahiyyəti və məzmunu

  2. Əxlaq haqqında ümumi məlumat

  3. Əxlaq tərbiyəsinin mahiyyəti və vəzifələri

  4. Əxlaq tərbiyəsinin məzmunu və yolları

Ədəbiyyat:

1. Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.164-180

2.Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı, “Mütərcim”, 2013, 360 səh

3.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. II c., Bakı, Mütərcim, 2013 , 548 s.




  1. “Mənəviyyat” ərəbcə “Məna” sözündən yaranmışdır. İnsanın mənası, dəyəri

deməkdir. Mənəvi tərbiyə tərbiyənin tərkib hissələri sırasında son dərəcə önəmli yer tutur. İnsanın ağlını, təfəkkürünü inkişaf etdirmək (əqli tərbiyə) nə qədər vacibdirsə, müsbət əxlaqi keyfiyyələrinin formalaşdırılması bir o qədər mühüm və zəruridir. İnsan nə qədər bilikli, savadlı, fiziki cəhətdən sağlam olsa da əxlaqi baxımdan kasıb, mənəviyyatca yoxsuldursa, cəmiyyətin sağlam əsaslar üzərində bərqərar olduğunu söyləmək çətindir. Pedqoji ədəbiyyatlarda “mənəvi tərbiyə” və “mənəvi inkişaf” anlayışlarından istifadə olunur. Mənəvi tərbiyə dedikdə, şagirdlərin şüuruna, hiss və duyğularına, davranışına sistemli, məqsədyönlü təsir göstərməklə onlarda əxlaqi keyfiyyətlərin, vətəndaşlıq yetkinliyinin, fəal həyat mövqeyinin formalaşdırılması başa düşülür. Bu da mənəvi inkişafa şərait yaradır. Mənəvi inkişaf mənəvi tərbiyənin son nəticəsi kimi meydana gəlir və gənc nəslin mənəvi tərbiyəlilik səviyyəsini göstərir. Mənəvi tərbiyənin nəzəriyyə və təcrübəsinin əsasını əxlaq haqqında təlim təşkil edir. Əxlaq ictimai həyatın müxtəlif sahələrində -məişətdə, əməkdə, elmdə, siyasətdə, qrupdaxili münasibətlərdə və s. insanın davranışını tənzim edir. Əxlaq etikanı öyrənmənin predmeti, ictimai şüurun xüsusi forması, ictimai münasibətlərin növü kimi nəzərdən kecirir.

Mənəvi tərbiyə bir tərəfdən mənəvi şüuru və hissləri, mənəvi təsəvvür və anlayışları, mühakiməni, digər tərəfdən isə mənəvi davranışı formalaşdırır. Pedaqoji ədəbiyyatda mənəvi tərbiyənin 3 qrup vəzifəsi qeyd edilir:

1. gənc nəsildə mənəvi şüurun, mənəvi təsəvvür, anlayış və mühakimələrin formalaşdırılması

2. mənəvi hiss və münasibətlərin formalaşdırılması

3. mənəvi davranışın formalaşdırılması.

Mənəvi tərbiyə bir cox qollara, komponentlərə ayrılır ki, onların da özünəməxsus konkret vəzifələri vardır. Belə ki, vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, sadəlik və təvazökarlıq tərbiyəsi, yoldaşlıq və dostluq tərbiyəsi, düzlük və doğruculuq tərbiyəsi və s. mənəvi tərbiyənin məzmununa aid komponentlərdir..






  1. Yüklə 176,29 Kb.

    Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin